“ Çağ” Öyrətim İşlətmələrinin basketbol komandası bu dəfə "Araz"-Naxçıvan basketbol komandası ilə qarşılaşıb


 Heydər Əliyev adına İdman Konsert Kompleksinin İxtisaslaşdırılmış Basketbol Mərkəzində kişilər arasında XIX Azərbaycan çemionatının (Yüksək liqa) dövrəsinin beşinci turun oyunları keçirilib. 
Yüksək liqada ilk oyunlarını qələbələrlə keçirən “ Çağ” Öyrətim İşlətmələrinin basketbol komandası bu dəfə çempionatın ən güclüsü "Araz"-Naxçıvan basketbol komandası ilə qarşılaşıb. Yenicə təşkil olunmasına baxmayaraq özünə kifayət qədər azarkeş toplayan basketbolçularımız bu dəfə də qələbə əzmi ilə oyuna başlayıb. 
Rəqib komandanın olduqca təcrübəli və güclü olması oyunda özunu hesabda göstərsə də basketbolçularımız rəqiblərdən çox da geridə qalmamağa, azarkeşlərini yaxşı oyunları ilə ruhlandırmağa çalışıblar. 
Bununla da“ Çağ” Öyrətim İşlətmələrinin basketbol komandası, kişilər arasında XIX Azərbaycan çemionatının (Yüksək liqa) dövrəsinin beşinci turunun nəticələrinə görə 8 xalla 3 yerlə kifayətlənib. Növbəti oyunlarda basketbolçularımıza uğurlar diləyirik.  

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF