CƏMİYYƏT : Qafqaz Universitetində həmrəylik tədbiri keçirilib



Qafqaz Universitetində həmrəylik tədbiri keçirilib Qafqaz Universitentində 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic qonaqları salamladıqdan sonar deyib ki, 31 dekabr -Dünya azərbaycanlılarının həmrəylik günü universitet tərəfindən hər il təntənəli şəkildə qeyd olunur.
Ali təhsil müəssisəsi ənənəsinə sadiq qalaraq bu il də həmrəylik günü münasibətilə tədbir təşkil edib. Onun dediyinə görə, dünya azərbaycanlılarının həmrəyliyi günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərin hörmət, vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. 
Digər çıxış edən natiq ANS –şirkətlər qurupunun informasiya şöbəsinin müxbiri Qənirə Ataşova rektora dərin təşəkkürünü bildirərək “Çoxdan arzu edirdim ki, bu təhsil ocağı ilə tanış olum. Bu təhsil müəssəsinin ildən ilə artan reytinqi məni valeh edir . Bəli bu təhsil müəssəsi əsil Türkiyə -Azərbaycan qardaşlığının bariz numunəsidir”. Daha sonra Qənirə xanım 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günündən bəs etdi. 
Digər natiq Gənclər və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimova isə bu bayramın həm Azərbaycanda, həm də dünya ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunduğunu vurğuladı. Onun sözlərinə görə, uzun illərdən bəri bütün dünyada yaşayan həmvətənlərimizi düşündürən dünya azərbaycanlılarının həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində dövlət siyasəti səviyyəsinə qaldırılıb və ardıcıl olaraq həyata keçirilib: "Son illər ərzində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli özünüdərkinin güclənməsi, birlik və mütəşəkkilliyinin artması, tarixi vətənlə əlaqələrinin möhkəmlənməsi diaspor potensialının mühüm amilə çevrildiyini göstərir.
Sonra universitetin tələbələrinin rəqs kollektivinin və ayrı-ayrı tələbələrin ifasında Azərbaycana aid mahnılar oxunub. Tədbirin sonunda il ərzində müxtəlif yarışlarda olimpiyadalarda fərqlənən tələbələrə hədiyələr verilib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır