“Fairmont BAKU”nun baş direktoru Qafqaz Universitetinin qonağı oldu

22 December, 2011
Fairmont BAKU şirkətinin baş direktoru Adrian Ellis Qafqaz Universitetinin qonağı oldu. Qonağı əvvəlcə Universitetin rektoru prof. Ahmet Saniç qəbul etdi.  Görüşdə hər iki tərəf fəaliyyət sahələri haqqında ətarflı məlumat verdi.
Fairmont Baku şirkətinin baş direktoru Adrian Ellis dünyanın müxtəlif ölkələrində göstərdikləri turizm xidmətinin Azərbaycanda da yüksək şəkildə qurmaq istədiklərini ifadə etdi və bu məqsədlə akademiya formalaşdıracaqlarını bildirdi.
Rəsmi görüşdən sonra Universitetin elmi-texniki imkanları və kadr potensialı ilə tanış olan Adrian Ellis müvafiq sahələrdə əməkdaşlığın mümkün ola biləcəyini vurğuladı.
Xatırladaq ki, Fairmont Baku şirkətinin əsas fəaliyyət sahələrindən biri olacaq Fairmont Baku oteli  2012-ci ilin yaz aylarında fəaliyyətə başlayacağı planlaşdırılır.
Dr. İsa Qasımov

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF