Gənc akademiya klubu üzvləri müstəqil Azərbaycan tarixini vərəqlədi


28 December, 2011
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının və Çağ Öyrətim İşlətmələri şirkətinin 20 illiyi çərçivəsində tədbirlər davam edir. Gənc Akademiya klubunun təşkilatçılığı ilə “Müstəqilliyimizin dünəni və bu günü” mövzusunda seminar məşğələsi keçirildi. Seminarda Türk və Qafqaz xalqları tarixinin tədqiqatçısı, üç il ABŞ-da yaşayan, əvvəlcə bir akademik dərs ili müddətində Vaşinqtondakı Corctaun Universitetində “Fulbright” proqramı çərçivəsində tədqiqat aparan, daha sonra Los Ancelosdakı Kaliforniya Universitetində son iki yüzillik Azərbaycan tarixi, müasir türk xalqlarının mədəni tarixi, SSRİ-də islam və Azərbaycan dili kursları keçən tanınmış tarix elmləri namizədi, dosent Altay Göyüşov çıxış etdi. Klub üzvlərini maraqlandıran suallar cavablandırıldı. Azərbaycanın müstəqillik tarixi haqda geniş məlumat verən Altay Göyüşov növbəti seminarda müstəqilliyin bərpasından sonrakı dövr haqda məlumat verəcəyini diqqətə çatdırdı.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır