İntertek şirkətinin nümayəndələri Qafqaz Universitetində oldular


28 December, 2011
İntertek  şirkətinin nümayəndələri - Türkiyə və Azərbaycan üzrə Sənaye Xidmətləri Baş müdiri Mustafa Təmiz və Sənaye Xidmətləri Əməliyyat üzrə meneceri Mahru Norton Qafqaz Universitetində oldular.
Qonaqlarla birgə Qafqaz Universitetinin İş Dünyası üzrə Əlaqələr və Xarici Əlaqələr üzrə nümayəndələri işgüzar görüş keçirdilər. Səmimi keçən görüşdə Qafqaz Universitetinin Azərbaycanın təhsil sistemində yeri və rolu, həmçinin iş dünyası və xarici əlaqələri haqqında eləcə də, İntertek  şirkətinin Azərbaycanda və dünyanın bir çox ölkələrindəki fəaliyyətləri haqqında geniş məlumat verildi.
İstər təhsil sahəsində, istərsə də iş dünyasında keyfiyyətli xidmətin inkişaf etdirilməsi istiqamətində ortaq fəaliyyətlərin formalaşması haqqında müzakirələr aparıldı.
Görüşün sonunda, qonaqlar Qafqaz Universitetinin elmi-texniki potensialı ilə yaxından tanış oldular.
Dr. İsa Qasımov

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır