Kaliforniya Dövlət Universitetinin professoru Qafqaz Universitetinin MBA tələbələri üçün seminar verdi


Dekabr ayının 17-də, Kaliforniya Dövlət Universitetinin Əməliyyatların tədqiqi üzrə professoru Dr. Soheila Jorjani Qafqaz Universitetinin MBA tələbələri üçün seminar vermişdir. Qafqaz Universiteti MBA proqramı Əməliyyatların İdarə edilməsi fənni üzrə Baş müəllim Adiljan Abdurazzak və Dr. Soheila Jorjani ılə MBA tələbələrinin üç saatlıq görüşü ərzində tələbələr biznes müstəvisində proqnozlaşdırmanın kəmiyyət alətləri haqqinda biliklərini daha da zənginləşdirmişlər.
Eyni zamanda Kaliforniya Dövlət Universitetinin MBA Programlarının da rəhbəri olan Dr. Jorjani Qafqaz Universiteti MBA tələbələrinin analitik qabiliyyətlarindən heyrətləndiyi də gizlətmədi. Baş müəllim Adiljan Abdurazzak və Dr. Jorjani həmçinin Qafqaz Universitetinin bakalavr tələbələrinin praktiki biznes bacarıqlarını artırmaq üçün tərəfdaşlıq imkanları da müzakirə mövzusu olmuşdur.  Bununla baglı Qafqaz Universitetində yeni təşkil edilmiş istedadlı tələbələr qrupundan ibarət olan Qafqaz Biznes Formu üzlərinin biznes bacarıqlarını genişləndirmak üçün biznesin idarə olunmasi prosesində təcrübə imkanları və sahə gəzintiləri də müzakirə edilmişdir.
http://qu.edu.az/view_news.php?news=1348&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF