LDU beynəlxalq konfransa ev sahibliyi edir



Konfransa LDU-nun humanitar ixtisaslar korpusunda qoyulmuş Heydər Əliyevin büstünün açılışı ilə start verilib. İştirakçılar LDU-da tədrisin və digər işlərin gedişi ilə məlumatlandırılıblar. Bu gün də davam edəcək konfransın işində Türkiyə, Rusiya, Ukrayna və digər qonşu dövlətlərin nümayəndələri, o cümlədən ölkəmizin bir sra ali məktəblərinin nümayəndələri, tədqiqatçılar, müəllimlər iştirak edirlər.
Konfrans haqqında qəzetimizə məlumat verən LDU-nun rektoru, professor Asəf İsgəndərov bildirib ki, hazırda dünyada öyrənilən, müzakirə olunan, Azərbaycanın milli inkişaf modeli konfransın gündəmində olacaq: “Dayanıqlı inkişaf və idarəetmə məsələləri müxtəlif elm sahələri tərəfindən mütəmadi  olaraq həm nəzəri, həm də praktik öyrənilir. Ona görə də konfransda dayanıqlı inkişaf və idarəetməyə dair müasir təbiətşünaslıqda, humanitar və ictimai-siyasi elmlərdə alınan elmi-praktik əhəmiyyətli nəticələrə dair 150-dən artıq məruzə dinlənilərək, təhlil ediləcək və ümumi bir nəticə çıxarılacaq. Konfransın işçi dili Azərbaycan, rus və ingilis dilləridir”.
Konfransın sonunda onun mövzusuna dair, tələbələr və gənc tədqiqatçılar üçün birhəftəlik  tədris seminarı nəzərdə tutulur. Seminarda tanınmış alimlər nümunəvi dərslər (master klass) keçəcəklər.
Qeyd edək ki, konfrans LDU, AMEA-nın Lənkəran Regional Elm Mərkəzi, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Azərbaycan Turizm İnstitutunun təşkilatçılığı ilə keçirilir.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41761

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır