M. Abbaszadə deyib ki, abituriyentlərin sənəd qəbulunda seçdikləri universitetlər arasında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 1-ci yeri, 2-ci yeri Azərbaycan Dövlət Tibb Universiteti, 3-cü yeri Qafqaz Universiteti, 4-cü yeri Azərbaycan Dillər Universiteti tutur.

“Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5433 nəfər 500-dən artıq, 1540 abituriyent 600-dən yuxarı bal toplayıb. Yüksək ballılar ölkənin 72 bölgəsini əhatə edir. Onların nisbi sayına görə Bakı, Naxçıvan və Sumqayıt şəhərlərinin Qax, Ordubad, Qəbələ, İsmayıllı və Ağdaş rayonlarının göstəriciləri ən yüksək olub. Bu bölgələrdə ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 69-u imtahanlarda 500-dən yuxarı bal toplayıb”. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə dünən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
M. Abbaszadə deyib ki, abituriyentlərin sənəd qəbulunda seçdikləri universitetlər arasında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 1-ci yeri, 2-ci yeri Azərbaycan Dövlət Tibb Universiteti, 3-cü yeri Qafqaz Universiteti, 4-cü yeri Azərbaycan Dillər Universiteti tutur. Komissiya sədrinin sözlərinə görə, ali məktəblərin müsabiqə yerlərinə 33,5 faiz yerlər dövlət tərəfindən maliyyələşdirilir: “Ödənişli təhsil üzrə müəyyən ixtisaslarda müsabiqə olub. Ancaq ödənişli ixtisaslarda özəl ali məktəblərdə bu plan yerlər boş qalır. Abituriyentlərin istəklərinə gəldikdə, ən yüksək müsabiqə vəziyyəti 4-cü qrupda yaranır. Baxmayaraq ki, 4 626 nəfər 4-cü qrupa sənəd verib ki, onlardan 3 mini idmançıdır”.

“Liseylərin imtahan göstəriciləri ölkə üzrə orta göstəricidən yuxarıdır”
M. Abbaszadə deyib ki, 2011-ci ildə ölkə üzrə 500-700 bal toplayanlar ümumi tələbələrin 8,9 faizini təşkil edir. Liseylər üzrə ali məktəblərə qəbul olunan şagirdlərin isə 45 faizi 500-700 bal arasında bal toplayıb. M. Abbaszadənin sözlərinə görə, cari ildə liseyləri 828 şagird bitirib və onların 796 nəfəri attestat alıb: “Attestat alanların 89.07%-i (709 nəfəri) qəbul imtahanlarında iştirak ediblər. Qəbul imtahanlarının nəticələrinə əsasən, liseylərin 529 məzunu (imtahanda iştirak edənlərin 74.61 faizi) tələbə adını qazanıb. Bütün imtahan fənləri üzrə göstəricilər ölkə üzrə orta göstəricilərdən yuxarıdır”.
“12 illik təhsil müddəti icbari ola bilməz”
O, bu tədbirdə bir maraqlı fakt da açıqlayıb:  “Bu yaxınlarda təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib”. O, bu məsələnin hələlik müzakirə olunduğunu bildirib. Təhsil Nazirliyinin ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə çıxışında bildirib ki, orta təhsil pilləsinin 12 il nəzərdə tutulması mütərəqqi haldır: “Amma 12 illik təhsil müddəti icbari ola bilməz. Bu halda icbari təhsil yalnız 10 il ola bilər”.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF