Müstəqilliyimizin bərpasının həmyaşıdı “Çağ” Öyrətim şirkətinin 20 illiyinə

23 December, 2011
Qafqaz Universiteti Dil Koordinatorluğu və Ədəbiyyat klubunun təşkilatçılığı  ilə “Müasir Azərbaycan və “Çağ Öyrətim ” şirkətinin 20 illiyinə həsr olunan bilik yarışması”na dekabrın 21-də yekun vuruldu.   Yarışda qüvvət, güc və zəka fidanları olan tələbələrdən ibarət 20 komanda iştirak edirdi.  Finala 5 komanda çıxdı. Gərgin intellektual yarışın qalibi,  I yerin sahibi  ÜSİOF komadası oldu. Bilik yarışının yekun mərhələsini həm də “İlin hesabatı” adlandıran universitetin rektoru prof. Ahmet Saniç bilik yarışının  qaliblərini hər cür çətinliklərə sinə gərən, vətəninə, millətinə bağlı olan, könüllərə işıq, dünyaya sülh vəd edən ideal nəsilin nümayəndələri kimi dəyərləndirdi. Tədbirin qonağı millət vəkili Cavanşir  Feyziyev qalib komandanı təbrik edərək Qafqaz Universitetini ən müasir təhsil prosesinə imza atan ali təhsil müəssisəsi kimi  fərqləndirdi. O, Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdəki fəaliyyətinin eyni yaşda olmasını “Çağ” Öyrətim Şirkətinin yekdilliklə milli müstəqilliyə səs verdiyinin sübutu olduğunu diqqətə çatdırdı. Bilik yarışının qalibləri fəxri fərman və diplomlarla mükafatlandırıldı.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır