Qafqaz Universiteti Tərcümə bölməsinin təşkilatçılığı ilə bölmənin tələbələri arasında bilik yarışması keçirilib.

ÇAĞ ÖYRƏTİM İŞLƏTMƏLƏRİNİN 20 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR SİLSİLƏSİ
BİLİK YARIŞMASI

 Qafqaz Universiteti Tərcümə bölməsi Çağ Öyrətim İşlətmələrinin 20 illiyinə həsr olunmuş tədbrilər silsiləsindən növbəti tədbiri ilə tələbələrini sevindirib. Bölmənin təşkilatçılığı ilə bölmənin tələbələri arasında bilik yarışması keçirilib. Yarışmaya 2-5-ci kurs tələbələrindən ibarət 6 komanda iştirak edib. Yarışmada soruşulan suallar əsasən tərcümə ilə bağlı olsa da müxtəlif mövzulara da yer verilib. Tərcümə Bölməsinin müdiri dos. Nərminə Əliyeva iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb. ilk 10 sualdan sonra bölmənin müəllimi Natiq Adilov tərəfindən şifahi tərcümə yarışması aparılıb. Tədbirin sonunda Pedagoji fakültəsinin dekanı dos. Erdal Karaman belə tədbirlərin mütəmadi olaraq keçirilməsindən məmnunluğunu ifadə edib. Tədbirin sonunda qalibləq mükafatlandırılıb.  

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF