Qafqaz Universitetində Azərbaycanın müstəqilliyinin bərpasının və "Çağ" Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20 illiyinə həsr olunmuş bilik yarışına yekun vuruldu.

 

"20 il bundan əvvəl Azərbaycana gəlib burada iş qurmaq, Azərbaycan xalqına xidmət etmək böyük fədakarlıq idi. Belə fədakarlıq göstərənlərdən biri də "Çağ" Öyrətim İşlətmələri Şirkəti olub".
Bu sözləri dünən Qafqaz Universitetində Azərbaycanın müstəqilliyinin bərpasının və "Çağ" Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20 illiyinə həsr edilmiş bilik yarışmasının finalında təşkil olunmuş tədbirdə millət vəkili Cavanşir Feyziyev deyib. Onun sözlərinə görə, bu gün "Çağ"da təhsil alan şagirdlərin sorağı dünyanın hər bir guşəsindən gəlir: "Bu gün "Çağ"ın Azərbaycan təhsilinə gətirdiyi uğurların, demək olar ki, sayı-hesabı yoxdur. O, təhsilimizdə bir çox ilklərə imza atmaqla təhsilimizi bütün dünyada tanıdıb. Bu mənada, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin ölkəmizə gəlişi 1918-ci ildə Nuru Paşanın gəlişi qədər Vətənimiz, xalqımız üçün faydalı olub". Çıxışının sonunda "Çağ"a nəcib və taleyüklü işlərində uğurlar arzulayan millət vəkili I semestrdə ingilis dili üzrə təhsilini əla qiymətlərlə başa vuran universitetin birinci kurs tələbələrinə sertifikatlar təqdim edib.
Qafqaz Universitetinin rektoru, prof. Ahmet Sanıç yarışma iştirakçılarına uğurlar arzu etməklə yanaşı, bu sözləri də əminliklə dilə gətirib: "Biz Azərbaycanın Nobel mükafatçılarını yetişdirəcəyik". "Çağ" Öyrətim İşlətmələri Şirkətinin rəis müavini Ayhan Sipahi bu qurumun Azərbaycanda fəaliyyət göstərən təhsil ocaqlarının şagirdlərinin 99.3%-nin ali məktəblərə qəbul olduqlarını bir daha tədbir iştirakçılarına xatırladıb: "Hazırda dünyanın 40-dan çox ölkəsinin aparıcı təhsil ocaqlarında bizim məzunlar təhsil alırlar".
Qeyd edək ki, 5 komandanın iştirakı ilə keçirilən bilik yarışmasının final mərhələsində həyəcanlı anlar yaşanıb. Tədbirin sonunda qalib komandalara mükafatlar təqdim edilib.
Xatırladaq ki, bilik yarışması "Nil" mağazaları və "Xəzər" nəşriyyatının sponsurluğu, Qafqaz Universiteti Dil Tədris Koordinatorluğu və Ədəbiyyat Klubunun birgə təşkilatçılığı ilə baş tutub.
Qafqaz Universiteti Dil Tədrisi koordinatoru Cəlil Ərdəm bizimlə söhbətində müstəqilliyimizin 20 illiyi ilə əlaqədər silsilə tədbirlər təşkil etdiklərini bildirib.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41704

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır