Qafqaz Universitetində Heydər Əliyev və müstəqil Azərbaycanın 20 illik sosial-iqtisadi inkişafı” mövzusunda elmi məqalə yarışmasının yekun tədbiri keçirildi.

31.12.2011 Müsabiqəyə yekun vuruldu
Dünən Qafqaz Universitetində Heydər Əliyev və müstəqil Azərbaycanın 20 illik sosial-iqtisadi inkişafı” mövzusunda elmi məqalə yarışmasının yekun tədbiri keçirildi. Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin prorektoru Cihan Bulut açaraq bildirdi ki, Qafqaz Universitetinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı ilə sentyabr ayında Azərbaycan Respublikasının müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycanın 20 illik sosial-iqtisadi inkişafı” mövzulu elmi məqalə yarışmasına start verildi. 
Müsabiqənin məqsədi Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildən keçən dövr ərzində ölkəmizin sosial-iqtisadi həyatında yaranmış köklü dəyişikliklərin müxtəlif elmi aspektlərdən öyrənilməsi üçün Azərbaycan Respublikasının tələbələri və tədqiqatçıları arasında elmi tədqiqatların aparılmasını təşviq etmək idi. Müsabiqədə iştirak etmək üçün 24 fərqli qurumdan 90 iddiaçı müraciət etmişdir. Bu iştirakçılar arasından isə 14 nəfər qalib seçilmişdir.
Tədbirin rəsmi hissəsindən sonra bakalavr dərəcəsində 1-ci yeri tutan tələbəyə 500 manat, magistratura dərəcəsində 1-ci yeri tutan tələbəyə 600 manat və doktorantura dərəcəsində 1-ci yeri tutuan tələbəyə isə 800 manat pul mükafatı təqdim olundu.
Gülşən HÜSEYNOVA,
“Respublika”. 
http://www.respublica-news.az/2011/12/30/19080/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır