Qafqaz Universitetində həmrəylik tədbiri keçirilib.



28 December, 2011
Qafqaz Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic qonaqları salamladıqdan sonra  deyib ki, 31 dekabr -Dünya Azərbaycanlılarının həmrəylik günü universitet tərəfindən hər il təntənəli şəkildə qeyd olunur. Ali təhsil müəssisəsi ənənəsinə sadiq qalaraq bu il də həmrəylik günü münasibətilə tədbir təşkil edib. Onun dediyinə görə, Dünya Azərbaycanlılarının həmrəyliyi günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Digər çıxışedən natiq ANS–şirkətlər qurupunun informasiya şöbəsinin müxbiri Qənirə Ataşova rektora dərin təşəkkürünü bildirdi ki, çoxdan arzu edirdim ki, bu təhsil ocağı ilə tanış olum. Bu təhsil müəssəsinin ildən ilə artan reytinqi məni valeh edir .Bəli bu təhsil müəssəsi əsil Türkiyə-Azərbaycan qardaşlığının bariz numunəsidir. Sonra Qənirə xanım 31 dekabr-Dünya Azərbaycanlılarının həmrəylik günündən bəhs etdi.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimovanın   sözlərinə görə uzun illərdən bəri bütün dünyada yaşayan həmvətənlərimizi düşündürən Dünya Azərbaycanlılarının həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində dövlət siyasəti səviyyəsinə qaldırılıb və ardıcıl olaraq həyata keçirilib: "Son illər ərzində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli özünüdərkinin güclənməsi, birlik və mütəşəkkilliyinin artması, tarixi vətənlə əlaqələrinin möhkəmlənməsi diaspor potensialının mühüm amilə çevrildiyini göstərir” və 31 dekabr -Dünya Azərbaycanlılarının həmrəylik günü həm Azərbaycanda, həm də dünya ölkələrində yaşayan Azərbaycanlılar tərəfindən qeyd olunur.
Sonra universitetin rəqs kollektivinin və ayrı-ayrı tələbələrin ifasında Azərbaycana aid mahnılar səsləndirilib. Tədbirin sonunda İl ərzində müxtəlif yarışlarda olimpiyadalarda fərqlənən tələbələrə hədiyələr verildi.
Recep Rza

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF