Qafqaz Universitetində həmrəylik tədbiri keçirilib

28.12.2011 | 17:22
Qafqaz Universitentində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü universitet tərəfindən hər il təntənəli şəkildə qeyd olunur. Ali təhsil müəssisəsi ənənəsinə sadiq qalaraq bu il də həmrəylik günü münasibətilə tədbir təşkil edib. Onun dediyinə görə, dünya azərbaycanlılarının həmrəyliyi günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Sonra universitetin tələbələrinin rəqs kollektivinin və ayrı-ayrı tələbələrin ifasında Azərbaycana aid mahnılar səsləndirilib. Tədbirin sonunda il ərzində müxtəlif yarışlarda, olimpiyadalarda fərqlənən tələbələrə hədiyələr verilib.
Nigar Məmmədli

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır