Qafqaz Universitetində əməkdar jurnalist Yusif Əliyevin anadan olmasının 60 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib

Qafqaz Universitetində əməkdaşımızın yubileyi qeyd olunub
Dekabrın 27-də Qafqaz Universitetində qəzetimizin şöbə redaktoru, əməkdar jurnalist Yusif Əliyevin anadan olmasının 60 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib. Mərasimi açan universitetin rektoru, professor Ahmet Saniç yubilyarı təbrik edib onun pedaqoji mətbuatdakı uzun illik fəaliyyətindən söz açıb. Y.Əliyevin on beş ildən bəri Qafqaz Universiteti ilə əməkdaşlıq əlaqələri saxladığını, bu təhsil ocağının tədris həyatında, keçirdiyi çoxsaylı tədbirlərdə yaxından iştirak etdiyini qeyd edən rektor, onun qələmindən çıxan yazıların jurnalist sənətkarlığı baxımından seçildiyini, pedaqoji mətbuatda təhsili yaxşı bilən bir jurnalist kimi tanındığını vurğulayıb. Bildirib ki, yüksək peşəkarlığı və insani keyfiyyətləri ilə universitet kollektivinin hörmətini qazanmış Y.Əliyevin bu ali təhsil ocağının respublika ictimaiyyətinə tanıdılmasında, uğurlarının təbliğində də böyük əməyi vardır. Rektor çıxışının sonunda Azərbaycan pedaqoji jurnalistikasının inkişafındakı xidmətlərinə, informasiya cəmiyyətinə verdiyi töhfələrə və universitetlərinin tədris həyatında fəal iştirakına, eləcə də anadan olmasının 60 illiyi ilə əlaqədar Y.Əliyevin Qafqaz Universitetinin plaketi ilə təltif olunduğunu bildirib və mükafatı əməkdar jurnalistə təqdim edib.
Görüşdə söz alan Y.Əliyev ona göstərilən diqqətə və haqqında deyilən xoş sözlərə görə Qafqaz Universitetinin rəhbərliyinə, rektor A.Saniçə öz minnətdarlığını bildirib. 
"Azərbaycan müəllimi"

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır