ARDNŞ-də Azərbaycan ali təhsil məktəblərinin tələbələrinə təqaüdlərin təqdim olunması mərasimi keçirilmişdir


Dekabrın 23-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə 2010-2011-ci tədris ilinin I semestrinin nəticələrinə görə ARDNŞ təqaüdünün təqdim olunması mərasimi keçirilmişdir.
Mərasimi ARDNŞ prezidenti Rövnəq Abdullayev açaraq, Şirkətin təqaüdünə layiq görülmüş tələbələri təbrik etmiş və onlara təhsildə uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında gənclərin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi, perspektivli neftçi mütəxəssislərin hazırlanması, Şirkətin kadr potensialının daha da gücləndirilməsi məqsədi ilə 2004-2005-ci tədris ilindən başlayaraq ARDNŞ-nin Təqaüd Proqramı həyata keçirilir.
2010-2011-ci tədris ilinin I semestri üzrə Təqaüd Proqramına 18 ali təhsil müəssisəsindən 1928 tələbə müraciət etmiş, ilkin seçim prosesindən sonra 2 turda keçirilmiş müsabiqə nəticəsində müxtəlif ali məktəblərinin bakalavr və magistr təhsili alan ümumilikdə 200 tələbəsi ARDNŞ-nin təqaüdçüsü adına layiq görülmüşdür. ARDNŞ-nin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli Şirkətin orta, orta-ixtisas təhsil müəssisələrində, eləcə də ölkəmizdə və xaricdə fəaliyyət göstərən ali məktəblərdə təhsil alan gənclərlə iş istiqamətində həyata keçirilən kompleks tədbirlər haqda təqdimat xarakterli çıxış etmişdir. Bildirilmişdir ki, təhsilini başa vurmuş təqaüdçülər, həmçinin təqaüd müsabiqəsində fərqlənmiş məzunlar Şirkətin müəssisələrində işlə təmin olunurlar. 2009-cu ildə bu yolla 62, 2010-cu ildə 25, 2011-ci ildə isə 19 məzun işə qəbul olunmuşdur. ARDNŞ-də 2006-cı ildən etibarən perspektivli neftçi mütəxəssislərin hazırlanması məqsədi ilə azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Təqaüd Proqramını həyata keçirildiyini qeyd edən A.Bəkirli indiyədək Proqrama 170 gəncin cəlb edildiyini, artıq 74 təqaüdçünün təhsilini müvəffəqiyyətlə başa çatdıraraq qayıtdığını və ARDNŞ-nin müxtəlif strukturlarında çalışdığını bildirmişdir. Qeyd etmişdir ki, hazırda təhsili maliyyələşdirilən 96 təqaüdçünün 43 nəfəri bakalavr, '' nəfəri magistr, 2 nəfəri isə uzmanlıq dərəcəsi üzrə Almaniya, Böyük Britaniya, ABŞ, Fransa, Türkiyə, Kanada, Hollandiya, Norveç və Rusiyanın nüfuzlu universitetlərində təhsil alır.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdənov son illər dövlətimizin başçısı İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən uğurlu təhsil siyasətindən, onun müxtəlif istiqamətlərindən söz açmış, Azərbaycanda ali təhsil məktəblərinin tələbələrinə ARDNŞ təqaüdünün verilməsini təhsilin inkişafına mühüm töhfə kimi dəyərləndirmişdir. Şirkətin kadr hazırlığı üzrə layihələrini yüksək qiymətləndirən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova ARDNŞ təqaüdünə layiq görülmüş tələbələri təbrik etmiş, Dövlət Neft Şirkətinin yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında oynadığı roldan danışmış, tələbələrə təhsillərində uğurlar arzulamışlar.
Sonda ARDNŞ prezidenti R. Abdullayev, təhsil naziri M.Mərdanov, rektorlar A. Məhərrəmov və G. Məmmədova Şirkətin Müsabiqə Komissiyasının qərarına əsasən, təqaüdə layiq görülmüş 200 tələbəyə, o cümlədən, Azərbaycan Dövlət Neft Akademiyasının 125, Bakı Dövlət Universitetinin 27, Qafqaz Universitetinin 20, Azərbaycan Dövlət İqtisad Universitetinin 16, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 6, Moskva Dövlət Universitetinin Bakı filialının 3, Sumqayıt Dövlət Universitetinin 2 və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1 tələbəsinə ARDNŞ-nin təqaüdlərini (plastik kartları) təqdim etmişlər. Tədbirin sonunda ARDNŞ prezidenti Rövnəq Abdullayev bir daha müsabiqə iştirakçılarını təbrik etmiş, onlara daha böyük müvəffəqiyyətlər arzulamışdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF