TQDK-da ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr edilmiş tədbir keçirilmişdir

28.12.2011 [12:22]

Dekabrın 28-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr edilmiş tədbir keçirilmişdir.
Bakı, 28 dekabr (AzərTAc). Dekabrın 28-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr edilmiş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, ali məktəb rektorlarının, təhsil işçilərinin iştirak etdikləri tədbirdə TQDK-nın sədri Məleykə Abbaszadə 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrindən danışmışdır.
Məlumat verilmişdir ki, qeyd olunan tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə 31 min 419 tələbə qəbulu nəzərdə tutulmuşdu. Qəbul planının 26 min 384 yeri dövlət, 5 min 35 yeri isə özəl ali təhsil müəssisələrinin payına düşürdü. 10 min 516 yer ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün nəzərdə tutulmuşdu.
Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 103 mindən çox abituriyent iştirak etmişdir. Qəbul imtahanlarında 5 min 433 abituriyent 500-dən, o cümlədən 1540 abituriyent 600-dən yuxarı bal toplamışdır. Yüksək ballar respublikanın 72 bölgəsini təmsil edir. Bakı, Naxçıvan və Sumqayıt şəhərləri, Qax, Ordubad, Qəbələ, İsmayıllı və Ağdaş rayonları məzunlarının göstəriciləri daha yüksək olmuşdur.
Müvafiq göstəricilər əsasında formalaşdırılmış ali məktəblərin reytinq cədvəlinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edir. 2-ci yer Azərbaycan Tibb Universitetinə, 3-cü yer Qafqaz Universitetinə, 4-cü yer Azərbaycan Dillər Universitetinə, 5-ci yer isə Azərbaycan Dövlət Neft Akademiyasına məxsusdur.
TQDK-nın sədri respublikanın bütün şəhər və rayonları üzrə 2011-ci il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumat kitabçalarının hazırlandığını da diqqətə çatdırmışdır.
Çıxış edən mütəxəssis və müəllimlər fikir və mülahizələrini bildirmişlər.
http://www.azertag.com/node/900292

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF