TQDK sədri: “Ödənişli ixtisaslar üzrə özəl ali məktəblərdə plan yerləri boş qalır”



“Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5433 nəfər 500-dən artıq, 1540 abituriyent 600 yuxarı bal toplayıb. Yüksək ballılar ölkənin 72 bölgəsini əhatə edir. Onların nisbi sayına görə Bakı, Naxçıvan və Sumqayıt şəhərlərinin Qax, Ordubad, Qəbələ, İsmayıllı və Ağdaş rayonlarının göstəriciləri ən yüksək olub. Bu bölgələrdə ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 69-u imtahanlarda 500-dən yuxarı bal toplayıb”.

Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

M. Abbaszadə deyib ki, abituriyentlərin sənəd qəbulunda seçdikləri universitetlər arasında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 1-ci yeri, 2-ci yeri Azərbaycan Dövlət Tibb Universiteti, 3-cü yeri Qafqaz Universiteti, 4-cü yeri Azərbaycan Dİllər Universiteti tutur: “Ən yüksək keçid balı Dövlət İdarəçilik Akademiyasının “kompüter mühəndisliyi” 667 bal, ən aşağı keçid balı isə Azərbaycan Dövlət Aqrar Universitetinin rus bölməsinin “zootexnik” və “aqronomluq” ixtisası üzrə 252 və 279 baldır”.

Komissiya sədrinin sözlərinə görə, ali məktəblərin müsabiqə yerlərinə 33,5 faiz yerlər dövlət tərəfindən maliyyələşdirilir: “Ödənişli təhsil üzrə müəyyən ixtisaslarda müsabiqə olub. Ancaq ödənişli ixtisaslarda özəl ali məktəblərdə bu plan yerlər boş qalır. Abituriyentlərin istəklərinə gəldikdə, ən yüksək müsabiqə vəziyyəti 4-cü qrupda yaranır. Baxmayaraq ki, 4 626 nəfər 4-cü qrupa sənəd verib ki, onlardan 3 mini idmançıdır”.

http://lent.az/xeber_83054_TQDK_s%C9%99dri-_%E2%80%9C%C3%96d%C9%99ni%C5%9Fli_ixtisaslar_%C3%BCzr%C9%99_%C3%B6z%C9%99l_ali_m%C9%99kt%C9%99bl%C9%99rd%C9%99_plan_yerl%C9%99ri_bo%C5%9F_qal%C4%B1r%E2%80%9D

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF