20 yanvar faciəsi “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrində qeyd olunub


Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış 20 Yanvar hadisələrindən 22 il keçməsinə baxmayaraq, xalqımızın öz şəhidlərinə olan ehtiram və  sevgiləri ildən-ilə keçdikcə daha da böyüyür. 

Hər il yüz minlərlə insan o qanlı gecəni xatırlayaraq  şəhidlərin ruhuna dualar oxuyur. 
Bununla əlaqədar olaraq “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisə rəhbərləri Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, Bakıdakı liseylərimizin müdirləri və şagird kollektivi qəhrəman oğul və qızlarımızın xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət  ediblər. Onlar Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın məzarları üstünə təzə-tər qərənfillər düzüblər. 
20 Yanvar faciəsinin anım günü “Çağ” Öyrətim İşlətmələrinin bütün müəssisələrində də qeyd olunub. Bununla əlaqədar olaraq Azərbaycan Türkiyə Özəl Liseylərində keçirilən konfranslarda, tədbirlərdə iştirak edən müəllim və şagirdlər, eləcə də valideynlər əvvəlcə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 
Tədbirlərdə çıxış edən müəllim və valideynlər keçən əsrin sonlarında baş vermiş bu faciənin kökləri və səbəbləri barəsində ətraflı məlumat verərək bildiriblər ki, bu tarix xalqımız üçün faciə olmaqdan daha çox milli fəxarət günüdür. İgid oğul və qızlarımız respublikamızın azadlığı naminə ən müasir silahlarla silahlanmış qırmızı ordunun qarşısına əliyalın çıxaraq, heç kim, heç nə onları bu yoldan döndərə bilməyəcəyini sübut ediblər. Biz bu qəhrəmanları və bu qəhrəmanlığı heç vaxt unutmayacağıq. 
Tədbirlərdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya göstərilib. Vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Şagirdlər Vətəni onlar kimi sevəcəklərinə, Vətən uğrunda onlar kimi şəhid olacaqlarına and içiblər. Sonra yerlərdəki Şəhudlər xiyabanlarını ziyarət ediblər. 



http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/447-20-yanvar-facisi-cag-oeyrtim-isltmlrinin-tdris-muessislrind-qeyd-olunub.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF