20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anıldı



Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində hər il olduğu kimi bu ildə şəhidlərimiz yad edilib. Dərslərdə tariximizin qanlı səhifələri vərəqlənib,  şagirdlərə vətənimizin qəhrəman övladları barədə, onlara qarşı törədilən vəhşiliklər haqqında məlumat verilib, Milli Qürur Günü münasibətilə İnşa, Şeir və Rəsm müsabiqəsi keçirilib.  O cümlədən  20 Yanvar-Milli Qürur Günü münasibətilə Liseydə konfrans təşkil edilib. Konfransda Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının müəllimləri Tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov, Filialın Baş müəllimi Tahir Məhərrəmov, Tarix-Coğrafiya fakültəsinin IV kurs tələbəsi  Orxan İsayev  iştirak ediblər. Tədbiri giriş sözü ilə açıq elan edən liseyin müdir müavini Elmir İsgəndərov 20 Yanvar-Milli Qürur Günü ilə bağlı məlumat verib. Tədbirdə çıxış edən natiqlər xalqımızın tarix boyu göstərdiyi qəhrəmanlıqlardan, xalqımızın milli azadlıq hərakatından danışıblar. Şagirdlərə tariximizin bu qanlı faciəsini unutmamağı tövsiyyə ediblər. Məktəblilərə təhsildə uğurlar diləyiblər. Sonra Milli Qürur Günü münasibətilə keçirilən İnşa, Rəsm, Şeir müsabiqəsində qalib olan şagirdlərə Diplom və müxtəlif  hədiyyələr təqdim ediblər. Daha sonra qonaqlar liseyin sinif otaqlarını gəzərək məktəbin tədris prosesi ilə yaxından tanış olublar. Liseyin müdiri İsmail Özcan qonaqlara şagirdlərin Respublika və beynəlxalq olimpiadalardakı nəailiyyətlərindən danışıb.      

Tədbirin sonunda konfrans iştirakçıları Şəkidə yerləşən Şəhidlər Xiyabanına gedərək  20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və tər qərənfillər düzüblər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF