AMEA İnformasiya Texnologiyaları İnstitutunda İşçi Qrupunun toplantısı keçirilmişdir

16.01.2012 [16:04]
Cari ilin sentyabrında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Kibernetika və informatika problemləri” mövzusunda IV beynəlxalq konfrans keçiriləcəkdir. İnstitutdan AzərTAc-a bildirmişlər ki, tədbirin təşkilatçıları Rabitə və İnformasiya
Bakı, 16 yanvar (AzərTAc). Cari ilin sentyabrında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Kibernetika və informatika problemləri” mövzusunda IV beynəlxalq konfrans keçiriləcəkdir.
İnstitutdan AzərTAc-a bildirmişlər ki, tədbirin təşkilatçıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AMEA, Təhsil Nazirliyi, “Abdus Salam” Nəzəri Fizika Beynəlxalq Mərkəzi, Kibernetika İnstitutu, İTİ, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti və BDU-nun Tətbiqi Riyaziyyat İnstitutudur.
Konfransın keçirilməsi ilə bağlı tədbirlər planının müzakirəsi məqsədilə İTİ-də İşçi Qrupunun toplantısı keçirilmişdir. Tədbirdə kibernetika və informatika sahəsində elmi nailiyyətlərin, elmi-tədqiqat, elmi-texniki və elmi-metodiki nəticələrin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən konfransın yüksək səviyyədə təşkilinin zəruriliyi vurğulanmışdır. Beynəlxalq konfransın Azərbaycanda elmi-texniki sahənin inkişafına töhfə verəcəyi bildirilmişdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır