AMEA İTİ-də “Kibernetika və informatika problemləri” IV Beynəlxalq konfransa hazırlıqlarla bağlı İşçi Qrupun toplantısı keçirildi

16 Yanvar 2012, saat 10:12 Image 12-14 sentyabr 2012-ci il tarixlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Kibernetika və informatika problemləri” (PCI'2012) mövzusunda IV Beynəlxalq konfrans keçiriləcək. Tədbirin təşkilatçıları AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, AR Təhsil Nazirliyi, “Abdus Salam” Nəzəri Fizika Beynəlxalq Mərkəzi, AMEA Kibernetika İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti və BDU-nun Tətbiqi Riyaziyyat İnstitutudur.

PCI'2012 Beynəlxalq konfransın keçirilməsi ilə bağlı təşkilati işlərin yüksək səviyyədə hazırlanmasına dair tədbirlər planının müzakirəsi məqsədilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda İşçi Qrupunun toplantısı keçirilib. Tədbirdə kibernetika və informatika sahəsində elmi nailiyyətlərin, elmi-tədqiqat, elmi-texniki və elmi-metodiki nəticələrin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən konfransın yüksək səviyyədə hazırlanmasının zəruriliyi qeyd edilib. Tədbirin Azərbaycanda elmi-texniki sahənin inkişafına böyük töhfə verəcəyi vurğulanıb. 
http://ict.az/az/index.php?option=com_content&task=view&id=2197&Itemid=49

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır