Amerikalı prof. Sumqayıt Özəl Türk Liseyində

Yanvarın 26-da Amerikalı prof. Shirley A. Stanley Sumqayıt Özəl Türk Liseyində olub. Əvvəlcə qonaq liseyin sinif otaqları, kitabxanası, laboratoriyaları və şagirdlərin social şəraiti ilə yaxından tanış olub. liseyin müdiri Ahmet Çamalan bu tədris müəssisəsinin təhsildə əldə etdiyi uğurları, nailiyyətləri barədə ətraflı məlumat verib. Bundan başqa liseyin iştirak etdiyi Kabitef  Texnologiya sərgisi, “Fərqli Mədəniyyətlərin Qovşağında Azərbaycan” və (İnepo-Avrasiya) kimi beynəlxalq tədbir və olimpiadalar haqqında danışıb. Sumqayıt Özəl Türk Liseyinin şagirdlərinin hamısınınTQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarında yüksək bal toplayaraq dünyanın bir çox universitetlərində təhsillərini davam etdirmələrindən söhbət açıb. Bu uğurların davam etdirilməsi üçün lazımi şəraitin hazırlandığını bildirib. Sonra Shirley A. Stanley ilə fikir mübadiləsi aparılib və onu maraqlandıran suallar cavablandırılıb. Amerikalı professor  müasir tələblərə cavab liseyin uğurlarından, xüsusən son illərdə məzunlarının hamsının universitetlərə qəbul olmasından heyrətləndiyini xüsusi ilə qeyd edib. Amerika təhsil sistemi ilə buradakı təhsili müqayisə edərək, təhsilimizin bəzi üstünlüklərini də gizlətməyib. Burada gördüklərindən məmnun olduğunu bildirib. Sumqayıt Özəl Türk Liseyinin pedaqoji kollektivinə təhsildə uğurlar diləyib. Sonda A. Çamalan qonağa liseyin xatirə hədiyyələrini təqdim edib.  
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/462-amerikal-prof-sumqayt-oezl-tuerk-liseyind.html
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF