ARDNŞ-in vitse-prezidenti liseydə


Yanvarın 24-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə xanım Hüseynzadə və müşaviri Hikmət İslamov Bakı Özəl Türk Liseyində olublar. Qonaqları Azərbaycan- Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz , Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver və bir qrup şagirdlər qarşılayıblar. Qonaqlar əvvəlcə liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası, idman zalları və sosial şəraiti ilə yaxından tanış olublar. Sonra A. Gömleksiz qonaqlara Azərbaycan Türkiyə Özəl Liseylərinin təhsildə əldə etdiyi uğurları, nailiyyətləri eləcə də məktəblilərin Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə olimpiadasına (İnepo-Avrasiya) hazırlıqla bağlı ətraflı məlumat verib. Bu görüşdən məmnun olduqlarını bildirən R. Hüseynova və H. İslamov burada şagirdlər üçün hazırlanmış şəraitdən və bu ilin aprel ayında keçirilməsi nəzərdə tutulan “İnepo-Avrasiya” olimpiadasına davam edən hazırlıqdan məmnun olduğunu bildirib. Azərbaycan-Türkiyə Özəl Liseylərinin şagirdlərinin bu dəfə də “İnepo-Avrasiya” da ən yüksək yerləri tutaraq qızıl, gümüş və bürünc medallar qazanacaqlarına əmin olduqlarını deyiblər. 
Görüşün sonunda Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz qonaqlara xatirə hədiyyəsi təqdim edib.
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır