“Azərbaycan-Türkiyə” Özəl Liseyləri “SPARE” layihəsinə qoşuldu




“Azərbaycan-Türkiyə” Özəl Liseyləri (ATÖL) ilə Azərbaycan Gənclər İttifaqı (AGİ) arasında əməkdaşlıq memorandumu imzalanıb.
AGİ-nin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, adıçəkilən iki qurum arasında “Enerji və resurslardan istifadə üzrə beynəlxalq məktəbli layihəsi” (SPARE) çərçivəsində birgə fəaliyyət göstərmək haqqında Əməkdaşlıq Memorandumu imzalanıb.

Sənədi ATÖL Baş İdarəsinin rəisi Arif Gömleksiz və AGİ-nin sədri Ağacan Əhmədov imzalayıb.

Əməkdaşlıq Memorandumuna əsasən, 2 il ərzində AGİ və 13 “Azərbaycan-Türkiyə” Özəl Liseyləri arasında birlikdə tələbə mübadilələri, məktəb enerji idarəçiliyi sisteminin yaradılması, müştərək yay məktəbli düşərgələri, müəllim və şagirdlər üçün seminar-təlimlərin təşkili planlaşdırılır.

Eyni zamanda enerjiyə qənaət, ekoloji layihələrin həyata keçirilməsi və digər sahələrdə də birgə fəaliyyətin göstərilməsi nəzərdə tutulur.

Azərbaycan Gənclər İttifaqı 2002-ci ildən Norveç Təbiəti Mühafizə Cəmiyyətinin dəstəyi ilə Azərbaycanın 25 regionunda enerji, iqlim və ekologiya üzrə dünyada ən böyük beynəlxalq məktəbli proqramı sayılan SPARE layihəsini həyata keçirir.

Hazırda bu layihəyə 300 məktəb qoşulub.

Rüfət Əhmədzadə
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır