“Elm və təhsil ocaqları güclü iqtisadiyyatın inkişafına yol göstərməlidirlər”


Qafqaz Universiteti ilə AMEA-nın İqtisadiyyat İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb. İmzalanma mərasimində Qafqaz Universitetinin rektoru, prof. Ahmet Saniç rəhbərlik etdiyi ali təhsil ocağının dünyada, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir çox universitetlərlə, elm ocaqları ilə əməkdaşlıq etdiyini bildirib. O, imzalanmış sənədin respublikamızın elm, təhsil sisteminə öz töfvəsini verəcəyini əminliklə bildirib. İqtisadiyyat İnstitutunun direktoru i. e. d. prof. İsa Əliyev “Qafqaz”ın uğurlarından söz açmaqla yanaşı, bu ali təhsil ocağını təhsilimizin flaqmanı kimi dəyərləndirib.
 
“Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Bu inkişafın davamlılığını təmin etmək vacib məsələdir. Bunun üçün Azərbaycanda istehsal olunan məhsulların dünya bazarına çıxarılması çox önəmlidir”. Bu sözləri isə İsa Əliyev elə bu tədbir çərçivəsində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı tanınmış iqtisadçı alim və ekspertlərin iştirakı ilə keçirilən tədbirdə deyib”. Onun sözlərinə görə, dünya bazarında yerli məhsulların rəqabətə tab gətirməsi üçün elmi-tərəqqiyə, innovasiyaya (yüksək səmərəliliyə malik yeniliyin tədbiqi, insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsi) əsaslanan məhsulların istehsalına nail olmaq lazımdır. Biliyə, innovasiyaya əsaslanmadan buna nail olmağın qeyri-mümkünlüyünü bildirən İsa Əliyev ölkəmizdə dünya bazarında rəqabət apara biləcək məhsulların azlığını təəssüflə qeyd edib. Daha sonra ölkə başçısının elmə, təhsilə qayğısından söz açan İsa müəllim təhsil ocaqlarındakı son model avadanlıqlarından yetərincə istifadə olunmadığını qeyd edib: “Yetişməkdə olan kadrların ən azından dördündən biri mühəndislik sahəsi üzrə ixtisaslaşmalıdır. Bu gün buna böyük ehtiyac var”.
 “Stabil inkişafı təmin etmək üçün ölkə iqtisadiyyətı biliyə əsaslanmalıdır. Ümumiyyətlə, biliyə əsaslanmadan innovasiyalı cəmiyyət qurmaq qeyri-mümkündür”, - sözləri ilə çıxışını davam etdirən natiq ölkəmizdə qeyri-neft sektorunun inkişaf sisteminin hazırlanmasının vacibliyini vurğulayıb: “Potensialımızdan düzgün yararlanmaqla nəinki respublikamızı, eləcə də bir neçə ölkəni kənd təsərrüfatı məhsulları ilə təmin edə bilərik. Təssüflə qeyd etmək istəyirəm ki, mağazalarımızdakı kənd təsərrüfatı məhsularının böyük qismi xaricdən gətirilmədir”.
AMEA elmi İnnovasiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini i. e. d. prof. Təbriz Əliyev öz çıxışında: “İntellektual mülkiyyət ilə maliyyə mülkiyyətini bir istiqamətə yönəltmək lazımdır. İnnovasiyasız iqtisadiyyatın inkişafını və bu inkişafın davamlılığını təmin etmək olmaz”,- deyib. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru i. e. d. Vilayət Vəliyev isə iqtisadi infrastrukturun davamlı təkmilləşdirilməsinin vacibliyini qeyd edib.
“Qafqaz”ın dünya iqtisadiyyatı kafedrasının müdiri Altay İsmayılov bildirib ki, ali təhsil ocaqları zamanın tələblərinə uyğun kadrlar hazırlamalıdırlar. “Güclü iqtisadiyyat qurmaq üçün elm və təhsil ocaqları
respublikamızın iqtisadiyyatının inkişafına yol göstərməlidirlər. Belə ki, təbii resurslarımız tükənəndir, innovasiya isa tükənməzdir”.
Tədbirdə “Qafqaz”ın rektoru prof. Ahmet Saniç tərəfindən İqtisadiyyat İnstiutunun direktoru prof. İsa Əliyevə təşəkkür plaketi təqdim edilib.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=42026

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır