Karyer Planlama Mərkəzlərinin nümayəndələri ABŞ-da təlimlərdə iştirak edəcəklər

Qafqaz Universiteti Karyera Planlama Mərkəzinin (KPM) müdiri Dr. İsa Qasımov ABŞ Dövlət Departamentinin təşkil etydiyi Beynəlxalq Qonaqlar (IVLP) Proqramında  iştirak etmək hüququ qazanmışdır.
28 yanvar 2012 – 18 fevral 2012 tarixlərində baş tutacaq proqramın məqsədi Universitet –İş dünyası əlaqələrinin inkişaf etdirilməsi, eləcə də tələbələrin universitet həyatında karyera planlamanın yeri, bu istiqamətdə ABŞ universitetlərində həyata keçirilən fəaliyyətlərin öyrənilməsi və s. bu kimi sahələrdə təkmilləşdirici məlumatların verilməsidir.
Proqram zamanı ABŞ-ın 4 ayrı şəhərində (Washington, Portland, Los Angeles, New York)  müxtəlif universitetlərdə və iş mərkəzlərində görüşlər keçiriləcəkdir. Görüşlər zamanı mövzu ilə bağlı təlimlərə də xüsusi yer veriləcəkdir.
Qeyd edək ki, Proqramda Qafqaz Universiteti KPM-nin müdiri Dr. İsa Qasımovdan başqa Odlar Yurdu Universitetindən Səbinə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetindən Fuad Əliyev, Xəzər Universitetindən İsgəndər Ağayev də iştirak edəcəkdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır