Onlar Cənub bölgəsini təmsil edəcəklər

Lənkəran Özəl Türk Liseyində Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin Cənub bölgəsi (Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Lənkəran, Astara və Lerik) üzrə seçim turunun final mərhələsi keçirilib. 
 
Final mərhələsində Lənkəran rayonu Daşdalıcar kənd orta məktəbinin şagirdi Valiyə Mahmudzadə (mahnı kateqoriyası üzrə), Lənkəran Şəhər Xarici Dillər Təmayüllü Gimnaziyasının şagirdi Həzənzadə Nübar (şeir), Lənkəran Özəl Türk Liseyinin şagirdləri - Abbaslı Nahid (qrammatika), Mirzəzadə Elnur (internet səhifəsi hazırlama) və Mirzəzadə Sabir (inşa) fərqləniblər. Onlar fevral ayında Bakı şəhərində keçiriləcək yarımfinal mərhələsində Cənub zonasını təmsil edəcəklər. Tədbirin sonunda Lənkəran Özəl Türk Liseyinin müdiri Rüfət Əliyev kateqoriyalar üzrə yer tutmuş şagirdlərə hədiyyələr təqdim edib.
Müsabiqənin koordinatoru liseyin müdir müavini Elnur Mirzəyev bizimlə söhbətində 5 kateqoriya üzrə iki mərhələdə keçirilən bu yarışa 130-a yaxın VII-XI sinif şagirdinin qatıldığını bildirib.
Qeyd edək ki, “Çağ” Öyrətim Şirkətinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Türkiyə Özəl Liseyləri 1999-cu ildə Heydər Əliyev tərəfindən təməli qoyulmuş Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “Ana dilimizi sevək, sevdirək” müsabiqəsini hər il təşkil edir.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=42027&columnistId=0

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır