Ana içeriğe atla

Qafqaz Universiteti İSO 9001-2008 keyfiyyət standartları ilə işləyir

27.01.12 Dünən Qafqaz Universitetində “İSO 9001-2008 keyfiyyət standartı və ali təhsilə tətbiqi” mövzusunda dəyirmi masa keçirildi. Türk Standartları İnstitutunun nümayəndəsi Həsən Dəmirtaşın da iştirak etdiyi toplantıda İSO 9001-2008 keyfiyyət idarəetmə sisteminin ali təhsildə keyfiyyətə təminatda rolu, bu sahədə Qafqaz Universitetinin təcrübəsi ilə bağlı müzakirələr aparılmışdır. Eyni zamanda, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması məqsədilə ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışılmışdır.

Gülşən Hüseynova,
“Respublika”.

http://www.respublica-news.az/2012/01/27/20033/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF