Qafqaz Universiteti Mülki Hüquq Mərkəzi və Bakı şəhər Konstitusiya Məhkəməsi simpozium keçirdi

Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Mülki Hüquq Tədqiqatları Mərkəzi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə birgə Konstitusiya Məhkəməsinin konfrans zalında 21 yanvar 2012-ci il tarixində “Bank kredit müqavilələri ilə bağlı qaydalar: nəzəri və praktiki problemlər və həlli yolları” mövzusuna həsr olunmuş elmi-praktik simpozium keçirilmişdir. Simpoziumda Bakı Dövlət Universiteti də yaxından iştirak etmişdir.
Simpoziumda Azərbaycan Respublikası Məhkəmə sisteminə daxil olan ayrı-ayrı instansiya məhkəmələrinin nümayəndələri, AR Mərkəzi Bankı da daxil olmaqla 10-dan çox bankın nümayəndəsi, vəkillər və elm xadimləri iştirak etmişdir.
Simpozium Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin açılış nitqi ilə öz işinə başladı. Daha sonra Qafqaz Universiteti rəhbərliyi adından Tədris İşləri üzrə prorektor Professor Cihan Bulut açılış nitqi söylədi. Natiqlər tədbirin əhəmiyyətini vurğulayaraq inkişaf edən Azərbaycanın Hüquq sisteminin də sürətlə inkişaf etdiyini diqqətə çatdırdılar. Bu inkişafda elm dünyasının da aktiv rol almalı olduğu tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Simpoziumda Qafqaz Universiteti Mülki Hüquq Tədqiqat Mərkəzinin müdiri Dosent Sərvər Süleymanlı “İpoteka ilə bağlı qanunvericilikdə qarşıya çıxan problemlər və həlli yolları” mövzusunda, Apelyasiya Məhkəməsinin hakimi İlqar Dəmirova “Bank kredit müqavilələri ilə bağlı məhkəmə praktikasında qarşılaşılan problemlər” mövzusunda müstəqil ekspert qismində iştirak edən vəkil Əkrəm Həsənov “Kredit müqavilələri ilə bağlı Mülki Qanunvericilikdəki problemlər” mövzusunda məruzə ilə çıxış etdilər.  
Simpoziumda təqdim olunan hər bir məruzə tədbir iştirakçıları tərəfindən geniş şəkildə müzakirə edildi.
Yekunda müzakirələrin tam mətninin dərc olunacağı qeyd edildi. Belə tədbirlərin əhəmiyyəti bir daha vurğulanaraq tez-tez təşkil olunmasının faydalı olacağı ifadə edildi. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır