Qafqaz Universitetində dəyirmi masa keçirilib


   Dünən Qafqaz Universitetində Azərbaycanda fəaliyyət göstərən bir sıra universitetlərin nümayəndələrinin iştirakı ilə İSO9001 Keyfiyyət Nəzarət Sisteminə həsr olunan dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən Türkiyə Standartları İnstitutunun Bakı təmsilçisi Hasan Dəmirtaş bildirib ki, Türkiyə Standartları İnstitutu 1960-cı ildə TBMM-ın 132 saylı qanunu ilə yaradılıb. İnstitut bu gün fəaliyyəti uğurla davam etdirir.
   Qafqaz Universitetinin Keyfiyyətə Nəzarət Komissiyasının sədri Ədalət İbadov qeyd edib ki, müasir dünyada baş verən sürətli dəyişikliklərlə əlaqədar ali təhsil müəssisələrinin önündə duran məsələlərin mahiyyəti artıb. Ali təhsil xidmətlərinin keyfiyyətinin artırılması və bu müəssisələrdə keyfiyyəti hədəfləyən bir idarəetmə sisteminin formalaşdırılması zərurətə çevrilib. Bu işdə ali təhsildə keyfiyyətin idarəedilməsi sistemi və Qafqaz Universitetində tətbiq edilən Keyfiyyətə Nəzarət Sistemi tətbiq edilib.
   Qafqaz Universitetinin tədris işləri üzrə prorektoru Cihan Bulut isə deyib ki, qloballaşan dünyada iqtisadi rəqabətin günü-gündən artması, informasiya texnologiyalarının sürətlə inkişafı hər sahədə olduğu kimi, təhsil sahəsində də öz təsirlərini göstərir. Bu inkişaf prosesində keyfiyyətli kadr hazırlığı kimi mühüm vəzifənin öhdəsindən gəlməli olan ali təhsil müəssisələri də bu təsirdən yan ötüşmür. Əhəmiyyətli miqdarda vəsaitlərin sərf olunduğu bu qurumlardan yüksək keyfiyyətli xidmət tələb olunur. Bu da öz növbəsində bir çox digər istehsalat və xidmət sahələrində uğurlu həyata keçirilən keyfiyyətin idarəedilməsi ilə bağlı dünya standartlarının təhsil müəssisələrinə də tətbiqini zəruriləşdirir. Onun sözlərinə əsasən, keyfiyyət kəlməsi müasir dövrümüzdə tez-tez işlədilən və əhatəsi baxımından müxtəlif olması səbəbi ilə fərqli başa düşülə bilən və fərqli tərif edilən bir hadisədir. 2004-cü ildən etibarən İSO9001 Keyfiyyət Nəzarət Sistemi Qafqaz Universitetində tətbiq olunur. İSO9001 Keyfiyyət Nəzarət Sistemi tipindən və böyüklüyündən asılı olmayaraq hər bir quruluşun effektli bir keyfiyyətli idarə etməsi sistemi qura bilməsi və bunu uğurlu tətbiq edilməsi məqsədilə yaradılıb.
Bəhruz

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır