Qafqaz universitetinin rektoru AzTU də olmuşdur


Qafqaz universitetinin rektoru, professor Ahmed Saniç 11 yanvar 2012 –ci il  tarixində  Azərbaycan Texniki Universitetində olmuşdur.Rektoru AzTU-nun rektoru, professor Havar Məmmədov qəbul etmiş və son illər AzTU-da olan yeniliklər, yenidənqurma işləri haqqında ətraflı məlumat vermişdir. Sonra professor Ahmed Saniç AzTU-nun rektoru, professor Havar Məmmədovla  birlikdə, universitetin tədris otaqlarını, laboratoriyalarını gəzmiş və imtahan keçirilən otaqlarda olaraq imtahanın gedişini izləmişlər.Professor Ahmed Saniç universitetlə yaxından tanış olduqdan sonra, AzTU-nun dünya standartlarının tələblərinə cavab verən, müasir laboratoriyalarını, tədtis otaqlarını  və yüksək səviyyədə keçirilən imtahanı  qiymətləndirmişdir.
Qonaq  bir neçə il əvvəl olduğu AzTU ilə indi gördüyü AzTU arasında çox böyük fərqin olduğunu qeyd etmiş və   bu tədris ocağının az müddətə müasirliyə doğru bu qədər dəyişdiyinə  sevindiyini demişdir..Daha sonra hər iki universitet arasında əməkdaqlıq müzakirəsi olmuş və gələcək görüşlərdə  müəyyən əməkdaşlıq müqavilələrinin imzalanması nəzərdə tutulmuşdur.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır