Sumqayıt Özəl Türk Liseyində 20 yanvar faciəsi anıldı





20 yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar olaraq Sumqayıt Özəl Türk Liseyində anım mərasimi keçirilib. Mərasimdə liseyin tarix müəllimi Vaqif Yusifov 20 yanvar faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və şəhidlərimizin ruhu ehtiramla yad edilib. Bundan başqa liseydə ilk dəsr saatı 20 yanvar faciəsinə həsr olunub. Bununla bərabər liseyin bir qrup müəllim və şagird kollektivi qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Sumqayıtda, onların xatirəsinə ucaldılmış xatirə kompleksini, sonra isə Sumqayıt Şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərin məzarları üstünə təzə-tər qərənfillər düzüblər, onlara Allahdan rəhmət diləyiblər. 
Sonra müəllimlərin, şagirdlərin və Sumqayıt Tarix Muzeyinin əməkdaşlarının iştirakı ilə Sumqayıt Özəl Türk Liseyində “Əsrə bərabər gecə” adlı ədəbi- bədii gecə keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra şagirdlər şəhidlərə həsr olunmuş mahnı və şeirlər söyləyiblər və həmin tarixi əks etdirən qısa metrajlı filimlərə baxıblar. 
Tədbirdə çıxış edən Sumqayıt Tarix Muzeyinin əməkdaşı İradə Mustafayeva 20 yanvar şəhidləri içərisində Sumqayıtlı şəhidlərin də olduğunu qeyd edib. Onların əziz xatirəsi bütün azərbaycanlıların qəlbində daima yaşadığını, ehtiramla yad edildiyi bildirib. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF