Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri şagirdlərlə görüşüb


Xətai rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Pənah İmanov Kafkas İlköğretim okulunda məktəblilərlə görüşüb. Qonağı məktəbin müdiri İlhami Atmaca səmimiyyətlə qarşılayaraq bu təhsil müəssisəsinin uğurları, əldə etdiyi nailiyyətləri barədə ətraflı məlumat verib. Sonra P. İmanov məktəbin sinif otaqları, tədris prosesi, kitabxanası şagirdlər üçün hazırlanmış şəraitlə yaxından tanış olub. Müəllim və şagirdlərlə söhbət edib. Pənah İmanov bu tədris müəssisəsinin fəaliyyətindən, şagirdlərin nizam-intizamından məmnun olduğunu bildirib. Məktəbin pedaqoji kollektivinə təhsildə uğurlar arzulayıb. 












Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır