17 fevral 2012-ci il tarixdə ADİU-nin nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda Qafqaz Universitetinin əməkdaşlarından ibarət qrupla görüş keçirilmişdir

17 fevral 2012-ci il tarixində ADİU-nun nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda Qafqaz Universitetinin əməkdaşlarından ibarət  qrupla görüş keçirilmişdir. Görüşdə ADİU İA ETİ ilə Qafqaz Universiteti və xüsusilə bu universitetdə yaradılmış Sosial-İqtisadi Araşdırmalar Mərkəzi ilə elmi-tədqiqat işləri sahəsində əməkdaşlıq imkanları və əməkdaşlığın mümkün istiqamətləri ətrafında çox faydalı  fikir mübadiləsi aparılmışdır. Tərəflər məsələ ilə əlaqədar konkret  təkliflərin hazırlanması  və  yaxın müddətdə  bu təkliflərin müzakirəsi  üçün yenidən görüşmək barədə razılığa gəliblər. 
Görüşdə ADİU İA ETİ tərəfindən institutun direktoru prof. R.Həsənov, elmi katib R.Rzayev, şöbə rəisləri dos. A.Həsənov, dos. M.Bağırzadə, i.e.n. R.Hüseynov, dos. N.Hacıyev, prof. F.Rəhmanov və ADİU Beynəlxalq Əlaqələr şöbəsinin müdiri  Elçin Rəşidov, Qafqaz Universitetindən isə rektor yardımçısı, Türkiyə Tanıtım Sorunlusu Uğur Arif  Bölək,  "Maliyyə" kafedrasının müdiri, dos. Mayis Əzizov, Dünya iqtisadiyyatı kafedrasının müdiri, dos. Altay İsmayılov, "Menecment" kafedrasının müdiri, dos. Firudin Sultanov, Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin direktoru Sannur Əliyev və "Maliyyə" kafedrasının müəllimi, “Journal of Qafqaz University” jurnalının redaktoru Elçin Süleymanov iştirak etmişlər.
http://www.aseu.az/index.php?option=com_k2&view=item&id=666&Itemid=163&lang=az






Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır