525: Auditorlar Palatasının nümayəndələri Qafqaz Universitetində olublar


Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, sədr müşaviri Aydın Kərimov və qurumun kadr hazırlığı, xarici əlaqələr və nəşriyyat idarəsinin rəisi Səbuhi Gülməmmədov Qafqaz Universitetində olub.
Qafqaz Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti ilə keçirilən görüşdə bu ali təhsil ocağının rektoru, professor Əhməd Saniç ikitərəfli əməkdaşlığın vacibliyini qeyd edərək universitetin Auditorlar Palatası ilə birgə fəaliyyətin təşkilində maraqlı olduğunu bildirib.
Auditorlar Palatasının sədri Vahid Novruzov tədbir iştirakçılarına qurumun tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. O qeyd edib ki, rəhbərlik etdiyi qurum ölkədə auditor fəaliyyətinə nəzarət edir və bu sahədə kadr hazırlığının inkişafı istiqamətində xidmət göstərir. Auditor fəaliyyətinin bütün istiqamətlərində, o cümlədən dövlət, müstəqil və daxili auditlə əlaqədar ölkədə qanunvericiliyin mövcud olduğunu qeyd edən Vahid Novruzov vurğulayıb ki, Auditorlar Palatası müvafiq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində palata dəyişən beynəlxalq audit standartları ilə əlaqədar dərs vəsaitlərinin Azərbaycan dilinə tərcüməsi istiqamətində də fəaliyyət göstərir.
Görüş Auditorlar Palatasının digər nümayəndələrinin çıxışları ilə davam edib. Sonra qonaqlar araşdırma mərkəzlərini və laboratoriyaları, universitetin elmi-texniki potensialı ilə yaxından tanış olublar.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=41336

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF