"ANA DİLİMİZİ SEVƏK" MÖVZUSUNDA OLAN MÜSABİQƏNİN YEKUN TƏDBİRİ KEÇİRİLİB




Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “Ana dilimizi sevək, sevdirək” mövzusunda IX respublika müsabiqəsinin yekun tədbiri keçirilib

APA-nın xəbərinə görə, Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Azərbaycan–Türk Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz açıb.
A. Gömleksiz Azərbaycan dövlətinin təhsilə, ana dilinə göstərdiyi diqqətdən danışıb. O, Heydər Əliyevin ana dili ilə bağlı kəlamlarını xatırladıb, imzaladığı sərəncamları vurğulayıb. Ana dilinə diqqətin göstəricisi olaraq keçirilən bu müsabiqənin 9-cu olduğunu deyən A. Gömleksiz müsabiqənin yekunu üçün seçilən şahidlərin Azərbaycanın müxtəlif bölgələrindəki məktəblərdən bir neçə mərhələdə seçildiyini bildirib. 
İdarə rəisi bildirib ki, “Dilimiz varlığımızdır” devizi altında keçirilən müsabiqədə 5 nominasiya (Azərbaycan dilinin qrammatikası, inşa yazı, internet saytı, şeir ifaçılığı, mahnı ifaçılığı) üzrə yarışıblar. O bildirib ki, müsabiqənin qalibləri bu ilin iyun ayında Türkiyədə keçirilən tədbirlərdə Azərbaycanı təmsil edəcəklər. 
Daha sonra finalçılar çıxışlarını səsləndiriblər. Şagirdlərin oxuduqları şeirlər və mahnılar daha çox vətənpərvərlik ruhunda olub. 
Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib və mükafatlandırıblar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF