“Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin qalibləri mükafatlandırıldı


Fevralın 17-də Azərbaycan Akademik Dövlət Milli Dram Teatrında Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlərmələri şirkətinin birgə təşəbbüsü ilə 21 fevral -Beynəlxalq Ana Dili Gününə həsr edilən “Dilimiz varlığımızdır” adlı “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin IX ənənəvi respublika müsabiqəsinin yekun mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayan tədbirdə Təşkilat Komitəsinin Sədri, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz çıxış edərək qeyd etdi ki, kainatda mövcud olan qanunların cəmiyyətdə də özünü göstərməsi, işləməsi məlum həqiqətlərdəndir. Bu qanunlardan biri də xalqın öz varlığını qoruyub saxlamasında dilin rolundan ibarətdir. Dil yaşayırsa, deməli, xalq da yaşayır, dövlət də yaşayır. Dil yoxdursa, xalq da, millət də yoxdur. Məhz buna görədir ki, Azərbaycanın dövlət müstəqilliyimizin bərpasından keçən 20 il ərzində Ümummilli Liderimiz Heydər Əliyev və Prezidentimiz İlham Əliyev tərəfindən dilimizin qorunub saxlanması, onun dövlət səviyyəsinə yüksəldilməsi, gələcək nəsillərə əmanət olaraq verilməsi üçün mühüm addımlar atılmışdır. Daha sonra natiq, dövlətin bu qədər əhəmiyyət verdiyi bir məsələnin həyata keçirilməsinin ilk növbədə müəllimlər, təhsil işçiləri qarşısında məsul vəzifələr qoyduğunu nəzərə çatdırdı. Bu müqəddəs vəzifəni vətənimizə, dilimizə sevgini biz aşılamalı, biz öyrətməliyik deyən A. Gömleksiz  bu gün artıq doqquzuncu dəfə toplandığımız, təntənəli şəkildə keçirdiyimiz bu gecənin də məhz bu müqəddəs vəzifənin yerinə yetirilməsinə xidmət etdiyini dedi. Əgər bu tədbirlər şagirdlərimizdə, Azərbaycanın gələcək qurucularında vətənə, torpağa, dilə, dövlətə sevgi, hissi aşılamağa xidmət etmişdirsə, o zaman biz də öhdəmizə düşən vəzifəni yerinə yetirmişik, deməkdir. 
Çıxışına davam edən ATÖL Baş İdarə rəisi daha sonra qeyd etdi ki, müsabiqə hər bu il də beş nominasiya üzrə dörd mərhələdə keçirilmişdir. Azərbaycan dilinin qrammatikası, inşa yazı, internet saytı hazırlanması, şeir ifaçılığı və mahnı ifaçılığı nominasiyalarından ibarətdir: Bu gün müsabiqədə iştirak edən məktəblilər bir qayda olaraq “Çağ” Öyrətimin açdığı Azərbaycan-Türkiyə Özəl liseylərinin fəaliyyət göstərdiyi ərazilərdəki məktəblərdir. Natiq çıxışını başa çatdırarkən bu yarışda bütün iştirakçılara uğurlar arzuladı. Mərasimdə iştirak edən Azərbaycan ­Respublikası Təhsil Nazirinin müavini Qulu Novruzov çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Qulu Novruzov bildirdi ki, ana dili ilə əlaqədar tədris müəssisələrində çoxsaylı müsabiqələr, yarışlar, olimpiadalar və ş. tədbirlər keçirilir. “Ana dilimizi sevək, sevdirək” müsabiqəsi ana dilimizi təbliği baxımından ən önəmlisidir. Ümummilli Liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ana dilimizə olan diqqət və qayğısı sayəsində Azərbaycan dilimiz dünya dilləri içərisində tanınan dillərdən birinə çevrilib. Dünyanın ən inkişaf etmiş ölkələrində bu dili tanıyırlar hörmətlə yanaşırlar. Belə bir möhtəşəm, əhəmiyyətli tədbiri təşkil edənlərə təmsil etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi xarici ölkədə səfərdə olan Təhsil Naziri adından təşəkkürünü bildirdi. Müsabiqədə mahnı kateqoriyasında Ağdaş rayon Tofiqi kənd orta məktəbin şagirdi İsmayıl İsgəndərov I,Bakı şəhəri İncəsənət Gimnaziyasının şagirdi Əli Əliyev II, Gəncə Şəhəri musiqi məktəbinin şagirdi Zeynəb Abdullayev III, İnşa kateqoriyasında Şəki şəhəri 18 saylı orta məktəbin şagirdi Şəlalə Salamova I, Qusar şəhəri B.Ağayev adına 1 saylı orta məktəbin  şagirdi Əminə Cəfərova II, Mingəçevir şəhəri 3 saylı orta məktəbin şagirdi Kəmalə Mustafayeva III, şeir kateqoriyasında Gəncə şəhəri 39 saylı orta məktəbin şagirdi Tünzalə Allahverdiyeva I, Sumqayıt şəhəri 23 saylı orta məktəbin şagirdi  İlham Quliyev II, Mingəçevir şəhəri 1 saylı orta məktəbin şagirdi Nigar Bayramova III, qrammatikakateqoriyasında Gəncə şəhəri 22 saylı orta məktəbin şagirdi Mirhəsən Məcidli I, Mingəçevir şəhəri  Şəhər liseyinin şagirdi  Sumayə Məmmədova II, Bakı Özəl Türk Liseyinin şagirdi İlham Zülfüqarlı III, internet səhifəsi hazırla- mak kateqoriyasında Dədə Qorqud Özəl Türk Liseyinin şagirdi Yaqub Şükürov I, Mingəçevir Özəl Türk Liseyinin şagirdi  Elmi Əhmədov II, “QAfqaz” Azərbaycan -Türkiyə Özəl Gimnaziyasının şagirdi Turac Abbaszadə III  yerlərə layiq görülüblər. Qaliblər müsabiqə təşkilat komitəsi tərəfindən xüsusi sertifikatlarla, medallarla və hədiyyələrlə mü­kafatlandırılıblar. Belə ki, I yeri tutanlara 350, II yeri tutanlara 250 və III yeri tutanlara 200 manat verilib.  Yarış qaliblərinə mükafatlarını təqdim edən Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin müşaviri Rza Kaan Yılmaz çıxışında bu tədbirdən məmnun olduğunu vurğulayaraq, “Çağ” Öyrətim İşlətmələrinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə təşəkkür edib. Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayev də çıxışında bu tədbirdən məmnun olduğunu deyərək , “Çağ” Öyrətim İşlətmələrinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə təşəkkür etdi.  “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren çıxışında “Dil xalqın varlığının təzahürü, qan yaddaşıdır” deyərək 4 min illik tarixi olan dilimizi, Türkiyə-Azərbaycan qardaşlığını, ortaq musiqisini, duyğularını yaşadanlara Ümummilli Liderimiz Heydər Əliyevə, onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Bəxtiyar Vahabzadə kimi Ana dilini sevərək yaşadanlara təşəkkürlərini bildirdi. Müsabiqədə qalib olanlar Türkiyədə keçiriləcək beynəlxalq Türk dili olimpiadasında Azərbaycanı təmsil edəcəklər.   







http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/478-anadilimiz-umumigene2012.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır