Araz Kurslarında keçirilən bilik yarışının qalibləri mükafatlandırılmışlar

Bakı, 18 fevral (AzərTAc). “Çağ” Öyrətim İşlətmələri Şirkətinin (ÇÖİŞ) Araz Kurslarında ÇÖİŞ-in 20 illiyinə həsr olunmuş “Müasir Azərbaycan və “Çağ” Öyrətim” adlı bilik yarışı keçirilmiş, qaliblər müəyyənləşdirilmişdir.
AzərTAc xəbər verir ki, fevralın 18-də Araz Kursları Baş İdarəsində bilik yarışında yüksək nəticələr əldə etmiş məktəblilərə mükafatlar təqdim edilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə Araz Kursları Baş İdarəsinin (AKBİ) rəisi İrfan Uzundemir ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin təhsilimizin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayan İ.Uzundemir bu sahədə qazanılan uğurlardan danışmışdır.
Araz Kurslarının respublikanın 10 şəhər və rayonunda fəaliyyət göstərdiyini diqqətə çatdıran AKBİ-nin rəisi bu kursları bitirən məzunların uğurları, həmçinin keçirilən bilik yarışı barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, müvafiq qruplar üzrə aparılan builki bilik yarışında 8 min 223 şagird (VIII və IX sinif şagirdləri) öz bilik və bacarığını nümayiş etdirmişdir.
Sonra bilik yarışında ən yüksək nəticə əldə etmiş məktəblilərə fəxri-fərmanlar və hədiyyələr təqdim olunmuşdur.
Çıxış edənlər qalibləri təbrik etmiş, təhsildə yeni uğurlar arzulamışlar. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır