Auditor Palatasının rəhbərliyi Qafqaz Universitetində olmuşdur.

22 February, 2012
Qafqaz Universitetində Azərbaycan Respublikası Auditorlar Palatası rəhbərliyi ilə universitetin akademik heyəti arasında tanışlıq xarakterli görüş keçirilmişdir. Görüşdə palatanın sədri iqtisad elmləri doktoru, professor Vahid Novruzov; sədr müşaviri Aydın Kərimov; qurumun kadr hazırlığı, xarici əlaqələr və nəşriyyat idarəsinin rəisi Səbuhi Gülməmmədov; Qafqaz Universitetinin rektoru  Əhməd Saniç ilə yanaşı universitetin İqtisadiyyat və İdarəetmə Fakültəsinin professor-müəllim heyəti iştirak etmişdir. Açılış nitqində rektor Əhməd Saniç ikitərəfli əməkdaşlığın vacibliyini qeyd edərək universitetin Auditorlar Palatası ilə birgə fəaliyyətin təşkilində maraqlı olduğunu bildirmişdir.
            Auditor Palatasının sədri Vahid Novruzov çıxışında palatanın tarixi və fəaliyyət istiqamətləri barədə məlumat vermişdir. O qeyd etmişdir ki, rəhbərlik etdiyi qurum ölkədə auditor fəaliyyətinə nəzarət edir və bu sahədə kadr hazırlığının inkişafı istiqamətində xidmət göstərir. Auditor fəaliyyətinin bütün istiqamətlərində, o cümlədən dövlət, müstəqil və daxili auditlə əlaqədar ölkədə qanunvericiliyin mövcud olduğunu qeyd edən Vahid Novruzov onu da bildirmişdir ki,  Azərbaycan Respublikasının Auditorlar Palatası müvafiq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, sözügedən əməkdaşlıq çərçivəsində palata dəyişən beynəlxalq audit standartları ilə əlaqədar dərs vəsaitlərinin Azərbaycan dilinə tərcüməsi istiqamətində də fəaliyyət göstərir.  Görüş Auditorlar Palatasının digər nümayəndələrinin çıxışları ilə davam etmişdir. Daha sonra qonaqlar araşdırma mərkəzləri və laboratoriyalara baxış keçirərək universitetin elmi-texniki potensialı ilə yaxından tanış olmuşdurlar.
Rüstəm Hacıyev

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır