Azərbaycanın üç universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Qafqaz Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Qafqaz Universitetindən “Qafqazinfo”ya verilən məlumata görə, memoranduma əsasən bir sıra müştərək layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Mərasimdə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Mirdaməd Sadıqov universitetlər arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini və bu qarşılıqlı əlaqələrin Azərbaycan elminə mühüm töhfələr verəcəyinə əminliyini bildirib. Sonra universitetlərin rəhbərləri tərəfindən müqavilə imzalanıb.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç bildirib ki, memorandum üzrə əməkdaşlığın ilkin mərhələsinə bu ilin aprelində strat veriləcək. “Bizim elmi işlərimiz, tələbə mübadiləmiz, universitetlər arasında aparılacaq hər cür əməkdaşlıq haqda maddələr bu sənəddə var. Bununla da Bakı ilə Gəncə arasında yeni elmi körpü qurulacaq. Bakı və Gəncədəki elmi informasiyalar birləşmiş olacaq, nəticədə daha böyük uğurlar əldə edə biləcəklər” - o, deyib.Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov müqavilə barədə danışarkən deyib ki, sənədə əsasən universitetlər arasında ən yüksək səviyyədə əməkdaşlıq ediləcək, elmi yeniliklərin və təcrübələrin mübadiləsi aparılacaq. Qeyd edək ki, müqavilədə 3 istiqamət əsas götürülür.

“Müqavilə üzrə nəzərdə tutulan əməkdaşlıq 1-ci təhsil sahəsində, 2-ci ən əsas istiqamət tədris proqramları sahəsində, 3-cü sahə isə müəllim və tələbələrin mübadiləsi olacaq.. Belə hesab edirəm ki, bu gün ki, bu müqavilə tədrisin inkişafında, təhsilin keyfiyyətinin yüksəldilməsində ən mühüm amildir” - E.Məmmədov qeyd edib.

Memorandum əsasında universitetlər arasında ortaq konfranslar təşkil olunacaq. Nəticədə bu əməkdaşlıqdan bütün universitetlər faydalanacaq.

Nigar Məmmədli

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır