Bakı Özəl Türk Liseyində Xocalı Soyqırımı ilə bağlı konfrans keçirilib


Fevralın 21-də Bakı Özəl Türk Liseyində Xocalı Soyqırımı ilə əlaqədar olaraq konfrans keçirilib. Konfransda iştirak edən Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının (KHVTİC) sədri, general-mayor Novruzəli Orucov çıxış edərək ermənilərin Sovet ordusunun köməyi ilə törətdikləri Xocalı soyqrımı barədə ətraflı məlumat verərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz  Xocalı şəhərinə hücum edərək, bir gecənin içərisində qədim Xocalını yerlə yeksan ediblər. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmaq istəsələr də hər tərəfə yayılmış silahlı ermənilər dinc əhalini güllələyərək, onlara amansız divan tutublar. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşüb, girov götürülüb və şaxtadan məhv olub. General-mayor Novruzəli Orucov konfrans iştirakçılarını Xocalı Soygırımını heç vaxt unutmamağı tövsiyyə edib.
Konfransda “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin Sədr Müavini Tuncay Aktepe, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsi rəisinin müavini Ayhan Sipahi, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin müşaviri Ağarəsul Məmmədov və Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver eləcə də liseyin müəllim və şagirdləri iştirak ediblər.Tədbirin sonunda Ayhan Sipahi General-mayor Novruzəli Orucovo xatirə hədiyyəsi təqdim edib.




Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF