BAKU HABER: Qafqaz Universitetinde Xocalı faciesinin qurbanları anıldı


Qafqaz  Universitetinde  Xocalı  faciesinin  qurbanları  anıldı

22 Şubat 2012, 16:40 Gulshen HÜSEYN
Bu gün Qafqaz Universitetinde Xocalı Soyqırımının 20-ci ildönümü ile elaqedar tedbir keçirildi
Tədbirdə  çıxış  edən  millət  vəkili  Aydın  Mirzəzadə bildirdi  ki, 1992-ci il 26 fevral tarixində Azərbaycan  Respublikasında   dünyada  misli görünməyən  dəhşətli cinayət  hadisəsi  baş  verdi verdi. Həmin gün erməni təcavüzkarları vasitəsilə Azərbaycanın Xocalı kəndi yerlə  yeksan  olundu ,  əhalisi isə  amansızcasına  qətlə  yetirildi. Bu dəhşətli cinayət hətta alman faşistlərinin cinayətlərindən də qat-qat  vəhşi və rəhimsiz idi. Çünki bu soyqırımına başlayan erməni təcavüzçüləri heç südəmər uşaqlara  da  rəhm etmədilər. Öldürülən uşaqların gözlərinin oyulması, qulaqlarının kəsilməsi, qadınların döşlərinin kəsilməsi, hamilə qadınların qarnının sökülməsi və ana bətnində olan uşaqların doğranması, cənazələri şişlə dəlik-deşik edib və dağlaması  erməni  təcavüzçülərinin  Azərbaycan gunahsiz millətinə qarşı  olan nifrətlərini  və ermənilərin mahiyyətcə cani və ziddi bəşər olduqlarını bir daha sübut etdi. Belə  ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından  əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
 
Sonra  tədbirdə Qafqaz  Universitetinin  rektoru  Ahmet  Saniç  çıxış  edərək, tarixən  ermənilərin  türklərə  qarşı  törətdikləri  vəhşiliklərdən, soyqırımlardan  söz  açdı  və  bu  soyqırıma  dünyanın  münasibət  bildirməsinin  vacibliyini vurğuladı.
Qafqaz  Universitetinin  tələbələri  “Xocalı  faciəsi -20  il” adlı  bədii  kompozisiya  nümayiş  etdirdilər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır