“Dədə Qorqud” Özəl Türk Liseyində Xocalı soyqırımı faciəsi qeyd edilib


Fevralın 23-də “Dədə Qorqud” Özəl Türk Liseyində  Xocalı soyqırımı şəhidlərinin anma mərasimi keçirilib. Mərasimdə iştirak edən Azərbaycan Respublikasının  Prezidenti  yanında  Dövlət İdarəçilik  Akademiyasının  Tarix kafedrasının müdiri,  fəlsəfə elmlər doktoru Firdovsiyyə xanım Əhmədova  çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Sovet ordusunun köməyi ilə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım haqqında ətraflı məlumat verib. Müasir dünyanın gözü qarşısında  baş vermiş bu faciənin günahkarlarının layiqincə cəzalandırılmamasından, ermənilərin Azərbaycan torpaqlarının hələ də işğal altında saxlamasından, torpaqlarımızın işğaldan azad olunacağından danışıb.   Şagirdlərin Xocalı soyqırımı ilə bağlı suallarını cavablandırıb. Daha sonra qonaq liseyin VII-VIII və IX -cu sinifləri arasında keçirilmiş “Xocalı Faciəsi” adlı inşa yarışının qaliblərini təbrik edib. 
Sonda liseyin müdiri Turan Güneri Firdovsiyyə xanım Əhmədovaya  Xocalı soyqırımı haqqında məktəblilərə ətraflı məlumat verdiyinə görə minnətdarlığını bildirib və xatirə hədiyyəsi təqdim edib. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır