Gəncədə üç universitet arasında memorandum imzalanıb

Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Qafqaz Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Gün.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, memorandumu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Mirdamət Sadıqov, Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov və Qafqaz Universitetinin rektoru Əhməd Saniç imzalayıb.

Sənəddə bir sıra birgə layihələrin həyata keçirilməsi qeyd olunub. Mərasimdə çıxış edənlər əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini və bu qarşılıqlı əlaqələrin Azərbaycan elminə mühüm töhfələr verəcəyini bildiriblər.


Məlumata görə əməkdaşlığın ilkin mərhələsinə bu ilin aprelində başlanılacaq. Müqavilə üzrə nəzərdə tutulan əməkdaşlıq 1-ci təhsil sahəsində, 2-ci ən əsas istiqamət tədris proqramları sahəsində, 3-cü sahə isə müəllim və tələbələrin mübadiləsi olacaqdır. Memorandum əsasında universitetlər arasında ortaq konfranslar təşkil olunacaq.


V. Məmməd
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır