Hidayet Orucov Fransa Konstitusiya Şurasının qerarını alqışladı



Hidayet Orucov Fransa Konstitusiya Şurasının qerarını alqışladıTarih 29 Şubat 2012, 15:00 Editör Gulshen HÜSEYN
Bu gün Qafqaz Universitetinde növbeti aylıq seminar keçirildi
Seminarı  giriş  sözü  ilə  Qafqaz  Universitetinin rektoru  Ahmet  Saniç  açdı  və  bildirdi  ki, seminarın  bugünkü  qonagı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovdur. Rektor  öz  çıxışında Ümummilli  lider Heydər  Əliyevin   Qafqaz  Universitetinə  hədiyyə  etdiyi  və  xeyir-dua verdiyi   böyük  bir  sahəni  əhatə  edən  bir  ərazidə fəaliyyətə  başlayan  bu  ali  təhsil  ocağının  yaranma  tarixindən, elə həmin dövrdə  də  prezidentin  müşaviri  vəzifəsində  çalışan Hidayət  Orucovun da  Qafqaz  Universiteti  üçün  göstərdiyi   xidmətlərindən  söz  açdı  və  bu  xidmətləri yüksək  qiymətləndirdi.
Sonra  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov çıxış  edərək  ilk  öncə  Fransa Senatının bir qrup üzvünün qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun dünən ləğv edilməsi ilə bağlı Fransa Konstitusiya Şurasının  qərarını  yüksək  qiymətləndirdiyini və  bundan  sonra  da Azərbaycan  ilə Türkiyənin qardaşlığının daha  möhkəm  olacağına  əminliyini  vurğuladı. 
“Gənclik və milli-mənəvi dəyərlər: tarixi ənənə və çağdaş yanaşma” mövzusunda  geniş  məruzə  ilə  çıxış  edən natiq  bildirdi  ki, ölkəmizin uğurlu gələcəyi üçün gənclərin müasirliyi, yüksək təhsili, işgüzarlıq keyfiyyətləri qədər, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər ruhda yetişmələri çox  önəmlidir. Cəmiyyətin hazırkı mərhələsində gənc nəslin inkişafı üçün ölkəmizdə əlverişli şərait yaradılmışdır. Belə ki, indi respublikamızda iqtisadi, sosial-siyasi, ideoloji vəzifələr uğurla həyata keçirilir, cəmiyyətin mədəni səviyyəsi, maddi rifah halı yüksəlir. Dövlət milli-mənəvi dəyərlərin qorunmasına, dini-tarixi abidələrin bərpasına xüsusi qayğı göstərir. Gənclərin zərərli təsirlərdən qorunması əsas strateji, prioritet istiqamətlərdəndir. Burada isə, ilk növbədə, dini-mənəvi sahədə güclü maarifçilik işinin zəruriliyi ön plana çıxır.Din sahəsində milli kadrların azlığı əsas problemlərdən biridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xeyli sayda gənc qeyri-dövlət xətti ilə xaricdə dini təhsilə cəlb olunmuşdur. Amma təəssüf ki, onların böyük əksəriyyəti təhsil aldıqları xarici ölkələrin ideologiyasının təəssübkeş və təbliğatçısına çevrilmişlər. Bu baxımdan milli ideologiyamıza sadiq  gənc, vətənpərvər kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdəndir.
Natiq,  məruzəsində  həmçinin  bildirdi  ki, adət-ənənələrə çağdaş dünyanın reallıqlarını nəzərə alaraq yanaşmaq lazımdır. Adət-ənənələrə müzakirələrə açıq dəyərlər sistemi kimi yanaşıldığı təqdirdə ictimai şüurun sağlam inkişafından söhbət gedə bilər. Tarixin sınaqlarından uğurla keçərək özünü doğrultmuş, günün reallıqları ilə ayaqlaşan, sosial münasibətlərə müsbət təsir göstərən və müəyyən dərəcədə ictimai münasibətləri tənzimləyən dəyərlərin qorunması, mənfi təzahürlərin isə tədricən aradan qaldırılması müasir cəmiyyət quruculuğu üçün zəruri amillərdəndir.
Məruzəni  bitirdikdən  sonra, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov tələbələri  maraqlandıran  suallara  cavab  verdi.
 Seminarın  sonunda qonağa  xatirə  plaketi  təqdim  olundu. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır