“Müasir Azərbaycan və “Çağ” Öyrətim” adlı bilik yarışının mükafatlandırma mərasimi


Fevralın 18-də Bakı “Araz” Kurslarında Azərbaycan Respublikasının bərpasının və “Çağ” Öyrətim İşlətmələrinin 20 illik yubileyi münasibəti ilə keçirilmiş “Müasir Azərbaycan və “Çağ” Öyrətim” adlı bilik yarışları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb. Sonra Xocalı faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra  “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətindən bəhs edən qısa metrajlı film nümayiş etdirilib. 
Tədbirdə “Araz” Kursları Baş İdarəsinin rəisi İrfan Uzundemir geniş məruzə ilə çıxış edib. İrfan Uzundemir çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan “Çağ” Öyrətim İşlətmələri və ona bağlı “Araz” Kursları 20 ildir etimada sədaqətlə fəaliyyət göstərir.Digər sahələrdə olduğu kimi təhsil sahəsində də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi sərancamlar əsasında aparılan islahatların nəticəsində Azərbaycan təhsili ilə dünya təhsili arasında inteqrasiya güclənir, orta məktəblərdə təhsil günü-gündən inkişaf edir. Belə ki, TQDK-nın keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin sayı ilbəil artır. Ali məktəblər deyərkən 20 ildir ki, ağıla ilk olaraq “Araz” Kursları gəlir. Azərbaycanda ali məktəblərə qəbul imtahanları test sistemi ilə keçirilməyə başladığından təcrübənin az, sistemi öyrənməyə ehtiyacın çox olduğu belə bir dövrdə “Araz” Kursları da öz köməyini əsirgəmədi. 
Fəaliyyətə başladığı ilk gündən təhsil ictimaiyyətinin diqqətini özünə çəkməyə müvəffəq olan “Araz” Kursları test təcrübəsini çox uğurla Azərbaycan da tətbiq edir. 20 il öncə Bakı şəhərində cəmi bir kursla bünövrəsi qoyulan “Araz” Kursları hal-hazırda respublikanın on müxtəlif şəhər və rayon mərkəzlərində 12 kursla fəaliyyətini davam etdirir. 
“Araz” Kursları ali məktəblərə yüksək səviyyədə hazırlaşmağı hədəfləyən 9, 10 və 11-ci sinif şagirdlərinin, həmçinin orta məktəb məzunlarının ən çox seçdiyi yoldur. Kurslarımızda dərslər 12-16 nəfərlik qruplar halında həftədə 3 dəfə olmaqla tədris olunur. Dərslər orta məktəb dərsliklərinə əsaslanaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının elan etdiyi qəbul proqlamlarına görə keçirilir. Tədris prosesi zamanı dinləyicilər təcrübəli müəllimlərin köməyi ilə həm nəzəri biliklərə yiyələnir, həm bu biliklərin testlər üzərində tətbiqini qavrayır, həmdə test sisteminin digər metodiki sirlərinə yaxından bələd olurlar. Ciddi bir tədris prosesinə tabe tutulan dinləyici-abituriyentlərimiz həftəlik mövzu testləri ilə hər həftənin sonunda sınağa çəkilir, ay sonunda isə 125 test tapşırığından ibarət imtahan sualları vasitəsilə çəkdikləri zəhmətin nəticəsini görürlər. 
Kurslarımızın məzunları 20 ildə 46 dəfə ən yüksək nəticə əldə etmiş, 113 məzunumuz Prezident təqaüdünə layiq görülmüş, ümumilikdə 1235 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Həmçinin onu da fəxrlə qeyd edə bilərik ki, kurslarımızda ali məktəblərə hazırlaşmış 8 dinləyici maksimum nəticə göstərərək 700 bal toplamışdır. Ümid edirik ki, bu gənclər gələcəkdə Azərbaycan üçün layiqli vətəndaş olacaq, Azərbaycanın xoşbəxt gələcəyinə gedən yolda öz yerlərini ön sıralarda tutacaqlar.  ”Araz” Kurslarının abituriyentlər və müəllimlər tərəfindən sevilməsində , həmçinin məzunlarının yüksək uğurlara imza atmasında bir pay da onun nəşrlərinə düşür. Araz yayınlarının məhsulu olan bu nəşrlər, əsasən, iki vəzifəni yerinə yetirir. Dərs vəsaitləri dinləyiciləri qəbul proqramına uyğun yığcam, ancaq sistemli və sanballı şəkildə mövzularla tanış edir. Test bankları isə abituriyentlərə test vərdişlərinin aşılanmasında böyük yardım göstərir. Vəsaitləri respublikanın bütün-həm Azərbaycan, həmdə rus bölməsi abituriyentləri üçün nəzərdə tutulmuşdur. 
“Araz” Kursları respublikanın təhsil ictimaiyyətini, həmçinin yuxarı sinif şagirdlərini, daim yenilikləri ilə də sevindirir. 2011-2012 –ci tədris ilindən başlayaraq kurslarımızda yeni- “Video Həllər” layihəsinin əsası qoyulmuşdur. Artıq “Araz” Kurslarının aylıq sınaq imtahanlarında iştirak edən abituriyentlər imtahanlarda istifadə olunan test tapşırıqlarının həlli və şifahi izahı ilə heç kimin köməyi olmadan imtahandan cəmi iki saat sonra tanış ola bilirlər. “Araz” Kursları 4 il bundan əvvəl yeni bir layihəyə start vermişdir. Respublika səviyyəsində 8 və 9-cu sinif şagirdləri arasında ən güclülərini ortaya çıxarmaq, onları ictimaiyətə tanıtmaq məqsədilə kurslarımız 2008-ci ildən etibarən hər il “Bilik yarışı” təşkil edir. Bu ilki yarışımızda 3242 VIII sinif, 4981-i isə IX sinif olmaqla 8223 şagird öz biliyini nümayiş etdirmişdir. Onlardan hər qrup üzrə yüksək bal toplayanlar  hər bir bölgədə olan “Araz” Kurslarının keçirdiyi tədbirdə mükafatlandırılmışlar. Bu günkü tədbirdə həmin şagirdlərdən 20 nəfər 8, 20 nəfər isə 9-cu siniflər üzrə yüksək nəticə əldə etmiş şagirdlər mükafatlandırılacaq. Qazanılmış qələbədə sözsüz payı olan məktəb müəllimləri və direktorları da mükafatlandırılacaq. Onların nailiyyətlərinə sevinmək, yeni qələbələrə ruhlandırmaq hər birimizin mənəvi borcudur. Biz bu yolda üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq və bundan sonra da belə layihələrlə təhsil ictimaiyətini sevindirəcəyik.  Sonra otən tədris ilində “Araz” Kurslarında təhsil almış və TQDK-nın keçirdiyi ali məktəblərə qəbul imtahanlarında ən yüksək 700 bal toplayanlar və “Müasir Azərbaycan və “Çağ” Öyrətim” adlı bilik yarışlarının qalibləri olan şagirdlər eləcə də qalib şagirdlərin təhsil aldıqları məktəblərin rəhbərləri mükafatlandırıldı. Mükafatlandırma mərasimində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu və “Qafqaz” Universitetinin rektoru prof. Ahmet Saniç çıxış edərək muasir müstəqil Azərbaycanla yaşıd olan  “Çağ” Öyrətim” İşlətmələrinin Azərbaycan təhsilindəki rolundan bu təhsil ocaqlarında təhsil alanların əldə etdikləri nailiyyətlərdən söhbət açıblar. Bu şagirdlərin və tələbələrin gələcəyinə ümidlə baxdıqlarını bildiriblər. 
Tədbirdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz və təhsil müəssisələrnin rəhbər və müəllimləri iştirak ediblər. 








http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/476-mueasir-azrbaycan-v-cag-oeyrtim-adl-bilik-yarsnn-muekafatlandrma-mrasimi.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır