Politoloq Vəfa Quluzadə məktəbdə Xocalı soyqırımından danışıb




Xocalı soyqırımının 20-ci il dönümü ilə əlaqədar olaraq Azərbaycanın görkəmli politoloqu, Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti, Vəfa Quluzadə Kafkas İlköğretim okulunda şagirdlərlə görüşüb. Görüş zamanı politoloq  Vəfa Quluzadə  Xocalı soyqırımı, onun başvermə səbəblərindən, ermənilərin bütün Türk dünyasına qarşı belə faciələrin dəfələrlə törətmələrindən, torpaqlarımızı bu gün də işğal altında saxlamalarından danışıb və şagirdləri tarixdəki bu kimi faciələri unutmamağı tövsiyyə edib. Sonra məktəblilərin Xocalı soyqırımı ilə əlaqədar suallarını cavablandırıb.  


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF