Qafqaz Universitetində beynəlxalq tələbə konfransı keçiriləcəkdir

Bakı, 19 fevral (AzərTAc). Aprelin 27-də Qafqaz Universitetində “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” mövzusunda II Beynəlxalq tələbə konfransı keçiriləcəkdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu ali təhsil ocağının ingilis dili və ədəbiyyatı bölümünün təşkil edəcəyi konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunacaqdır.
Konfransın məqsədi tələbələrin elmi fəaliyyətə marağını artırmaq, apardıqları elmi-tədqiqat işlərinə təkan vermək, eyni zamanda, ingilis dili və ədəbiyyatı sahəsində yeni işləri üzə çıxarmaqdır.
Konfransda iştirak etmək istəyənlər yazılarını fevralın 20-dək “languageandliterature@qu.edu.az” ünvanına göndərə bilərlər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır