Qafqaz Universitetində beynəlxalq tələbə konfransı keçiriləcək

Aprelin 27-də Qafqaz Universitetində “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” mövzusunda II Beynəlxalq tələbə konfransı keçiriləcəkdir.
Bu ali təhsil ocağının ingilis dili və ədəbiyyatı bölümünün təşkil edəcəyi konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunacaq.
Konfransın məqsədi tələbələrin elmi fəaliyyətə marağını artırmaq, apardıqları elmi-tədqiqat işlərinə təkan vermək, eyni zamanda, ingilis dili və ədəbiyyatı sahəsində yeni işləri üzə çıxarmaqdır.
Konfransda iştirak etmək istəyənlər yazılarını fevralın
20-dək “languageandliterature@qu.edu.az” ünvanına göndərə bilərlər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır